Deputat bu rayonun sakinlərini sevindirdi 17 dəfə...
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Ağdamın iqtisadiyyatı Zəfərdən sonra 8 dəfə böyüyüb, rayonda sənaye məhsulunun istehsalı isə 17 dəfə artıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd olunur. Sərfəli qiymətə məhsullar
İşğal dövründə dağıdılaraq xarabalığa çevrilən Ağdam şəhəri hazırda yenidən qurulur və Azərbaycanın iqtisadi xəritəsində mühüm mərkəzlərdən birinə çevrilir. Zəfərdən sonra digər azad edilmiş yaşayış məntəqələri kimi Ağdamda da genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb.
Vüqar Bayramovun sözlərinə görə, hazırda Ağdam rayonunda iqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışı 1,5 milyard manata çatır. Tikinti sektorunda isə Zəfərdən sonrakı dövrdə 60 dəfədən çox artım qeydə alınıb.
Deputat qeyd edib ki, 2025-ci ildə Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 17 dəfə çoxdur. Kənd təsərrüfatında da istehsal 2 dəfə artıb.
Hazırda Ağdamda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiyaya ixrac edilir.
Deputatın fikrincə, Ağdam təkcə Qarabağın deyil, bütövlükdə regionun əsas sənaye mərkəzlərindən birinə çevrilməkdədir. Yaxın perspektivdə rayonda istehsal olunan məhsulların Avropa İttifaqı ölkələri də daxil olmaqla inkişaf etmiş dövlətlərə ixracı nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 Noyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















