Icma.az
close
up
RU
Deputat: Bu şəxslər müəyyən məbləğ ödəməklə hərbi xidmətdən AZAD OLUNSLAR

Deputat: Bu şəxslər müəyyən məbləğ ödəməklə hərbi xidmətdən AZAD OLUNSLAR

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəmiyyətimiz bu dəyişiklikləri, xüsusən hərbi xidmətə çağırışın yaş həddinin azaldılmasını alqışlayacaq və müdafiə edəcək.

Bakupost.az xəbər verir ki, verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Qüdrət Həsənquliyev bildirib ki, son vaxtlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində aparılan işlər alqışlanmalıdır: “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmənin sırasını bir az daha genişləndirmək olar. Çalışmalıyıq ki, dövlətin idarəetmə xərcləri azalsın. Gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Müdafiə Nazirliyinin birləşdirilməsi çox müsbət addım olardı. Biz dövlət müəssisələrində çalışanlara daha yüksək əməkhaqqı da verə bilərik”.

Deputat qeyd edib ki, Səhiyyə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibbi yoxlama ilə bağlı məsuliyyət daşımalıdır: “Necə əlilliklə bağlı Səhiyyə Nazirliyi məsuliyyət daşıyır, eyni prinsip burada tətbiq olunmalıdır və bu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etimadsızlıq kimi qəbul edilməməlidir. Xalqımız uzun müddətdir gözləyir ki, pul ödəmək qarşılığında müəyyən kateqoriyadan olan şəxslər hərbi xidmətdən azad olsun. Cəmiyyətdə gözlənti odu ki, magistratura təhsili almış, rezidentura təhsil almış şəxslər cəmiyyət üçün daha faydalı ola bilər, nəinki hərbi xidmətə getməklə. Bizim elə gənclər var ki, hərbi xidmətə yararlı olsa da, onun çiyninə 20 kq yük qoyub təpədən yuxarı qaldırsan, ona düşmən gülləsi lazım deyil, onun elə orada nəfəsi kəsiləcək. Hərb sənəti o demək deyil ki, hamı getsin, hərbçi olsun. Biz elmlər doktorlarını, fəlsəfə doktorlarını azad edirik. Bir bənd də əlavə edilsin ki, magistraturanı və rezidenturanı bitirən şəxslər müəyyən məbləğ qarşılığında hərbi xidmətdən azad edilsinlər. Ümumiyyətlə, mən müqaviləli ordu tərəfdarıyam ki, peşəkar hərbçilər orduya cəlb olunsun. Digər məsələ isə 2 övladı olan şəxslərlə bağlı təklifim var ki, bu güzəştlər onlara da şamil olsun”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Dekabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri