Xuan Mata futbolçu karyerasını başa vurdu
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xuan Mata 38 yaşında futbolçu karyerasını başa vurub.
Oxu.Az xəbər verir ki, ispaniyalı futbolçu bu barədə rəsmi "Instagram" səhifəsində paylaşım edib.
Mata paylaşımında futbola təşəkkür edərək, "Bəzən sevmək... ayrılmağı bacarmaqdır. Təşəkkürlər, futbol!" sözlərini yazıb.
Qeyd edək ki, Mata son iki mövsümünü Avstraliyada keçirib. O, əvvəlcə "Vestern Sidney Uonderers", daha sonra isə "Melburn Viktori"nin formasını geyinib.X.Mata İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub.
Klub karyerası ərzində "Real Madrid Kastilya", "Valensiya", "Çelsi", "Mançester Yunayted", "Qalatasaray" və "Vissel Kobe" komandalarında çıxış edib.
Mata "Valensiya" ilə İspaniya Kubokunu, "Çelsi" ilə UEFA Çempionlar Liqasını, İngiltərə Kubokunu və Avropa liqasını qazanıb. "Mançester Yunayted"lə İngiltərə Kubokunun, Superkubokunun, Liqa Kubokunun və Avropa Liqasının qalibi olub.
İspaniyalı futbolçu "Qalatasaray"ın heyətində 2022/2023-cü illər mövsümündə Türkiyə, "Vissel Kobe" ilə isə 2023-cü ildə Yaponiya çempionluğunu qeyd edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 18 Noyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















