Icma.az
close
up
RU
Deputat: Ermənistanda baş verənlərə göz yumulması Qərbin ikili standartlarının təzahürüdür

Deputat: Ermənistanda baş verənlərə göz yumulması Qərbin ikili standartlarının təzahürüdür

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ermənistanda bu gün baş verənlərə göz yumulması Qərbin ikili standartlarının növbəti təzahürüdür.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Ermənistanda seçki öncəsi vəziyyət mürəkkəbləşir

Deputat deyib ki, seçki öncəsi Ermənistanda vəziyyət getdikcə mürəkkəb, eyni zamanda çirkin bir hal alır: “Daxili rəqiblər hakimiyyət uğrunda nə qədər mübarizə aparırlarsa, xarici aktorların da bu prosesdə bir o qədər, hətta daha artıq marağı var. Çünki bundan sonrakı istənilən ssenaridə Cənubi Qafqaza müdaxilə baxımından Ermənistanda hakimiyyətə gələn istənilən fiqur önəm kəsb edəcək. Nikol Paşinyanın dövlət çevrilişi cəhdini elan etməsindən, bu elana istinad verilən məqalədə aktorların və təsisatların adını çəkməsindən sonra həbslər başladı. İyunun 18-nə keçən gecə rusiyalı iş adamı, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan İrəvanda Ermənistan Apostol Kilsəsinə dəstək verdiyini bildirdikdən sonra bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Nikol Paşinyandan təhdidlərin gəldiyinin də şahidi olduq. Karapetyan boynuna almasa da, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Birinci instansiya məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs edilmiş Samvel Karapetyanın özü isə son məqaləsində bildirir ki, hazırkı hakimiyyət kiçik Ermənistanı geosiyasi mübarizənin mərkəzinə çevirib. Karapetyanın məqaləsində diqqəti çəkən məqam odur ki, bu dövlətin, cəmiyyətin düşmən siması, xisləti dəyişmir. Karapetyan məqaləsində Ermənistanın düşmən dövlətlərin əhatəsində olduğunu iddia edir”.

Qərbin insan hüquqları məsələsində susqunluğu

Azər Badamov qeyd edib ki, Ermənistan çürük ideologiyasının qurbanı olaraq özü düşmən obrazı yaratmağa, günah keçisi formalaşdırmağa çox öyrəşib: “Karapetyan hakimiyyəti Ermənistanın Avropa İttifaqında gözlənilmədiyini dərk etmədən bu tərəfə doğru hərəkətə başlamaqda, yetkin olmayan siyasi qərarla Rusiyadan çox tez qurtulmağa çalışılmaqda, ölkənin vilayətləşdirilməsi ssenarisini mümkün variant kimi görməkdə ittiham edir. Bütün bunlar şübhəsiz ki, Ermənistanın daxili işləridir. Biz isə Ermənistanda belə qarşılıqlı ittihamların, həbslərin, söz və ifadə azadlığının məhdudlaşdırılmasının çox şahidi olmuşuq. Təəssüflər olsun ki, şahidi ola bilmədiyimiz amil Qərblə, onun təsisatları ilə bağlıdır. Sözügedən tərəf adətən belə hallarda başqa dövlətlərdə baş verən hadisələrə verdiyi adekvat reaksiyanı Ermənistana münasibətdə ortaya qoymur. İstər Karapetyanın və ayrı-ayrı şəxslərin həbsi, istərsə də Eçmiədzinlə bağlı məqamlar Ermənistanda açıq-aşkar, kobud şəkildə insan hüquqlarının pozulması hallarıdır və Qərb bununla bağlı hələ də susur. Belə hadisə Azərbaycanda və yaxud da istənilən kiçik ölkədə olsaydı, Qərb təsisatlarının, onun hüquq-müdafiə təşkilatlarının, Avropa Şurasının, ATƏT və digər qurumların palaz-palaz açıqlamalarının, reaksiyalarının şahidi olardıq, digər aktorlar qarşısında tələblərini, hədyan fikirlərini görərdik. Bu gün Ermənistanda gedən rəzalət duruma göz yumulmasına Qərbin növbəti ikili standartlarından başqa bir ad vermək olmaz. Ən düzgün addım məhz odur ki, Qərbin bu ikili standartlarına, selektiv siyasətinə, ritorikasına adekvat cavab verməliyik.

Azərbaycanın adekvat mövqeyi

Azərbaycanın belə adekvat münasibətinin davamlı ortaya qoyulması tam əsaslı yanaşmadır. Qərb unutmamalıdır ki, vicdanlı və etibarlı tərəfdaş statusu Azərbaycandadır. Azərbaycan da bu statusu heç kimin güzəştinin nəticəsi ilə deyil, yürütdüyü siyasətlə, göstərdiyi yanaşma ilə qazanıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 İyun 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri