Deputat: Gürcüstandakı etiraz dalğası dövlət çevrilişinə cəhddir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Tbilisi, 3 dekabr, AZƏRTAC
Gürcüstan Hökumətinin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər dayandırmaq qərarı ilə razılaşmayanların etiraz dalğası əslində casusların təşkil etdiyi dövlət çevrilişinə cəhddir.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatı İrakli Kirtsxaliya çıxış edib.
Onun sözlərinə görə, Baş nazir İrakli Kobaxidze bu qərarın ölkənin Aİ-yə inteqrasiyasının dayandırılması demək olmadığını izah etsə də, Prezident Salome Zurabişvili və müxalifət düşünlümüş şəkildə dezinformasiyalar yayaraq insanları mitinqlərə dəvət edir, iğtişaşlar yaratmağa çalışırlar.
“Bu gün biz küçələrdə etiraz aksiyaları görmürük, bu, əslində casusların təşkil etdiyi dövlət çevrilişinə cəhddir. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iki gün əvvəl bəyan etdiyi kimi, son günlər baş verən hadisələr göstərdi ki, planlaşdırılan dağıdıcı proseslər DTX-nın zorakılıq işi üzrə istintaq çərçivəsində müəyyən etdiyi faktiki şəraitə uyğun olaraq gedir”, - deyə deputat vurğulayıb.
Qeyd edək ki, DTX baş verənlərlə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, müəyyən qrupların aksiyalar zamanı əsas məqsədi güc yolu ilə hakimiyyəti əldə etmək istəyən konkret partiyaların və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin diktəsi ilə dağıdıcı və zorakı ssenarilər hazırlamaq üçün təxribatlar təşkil etməyə çalışırlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 03 Dekabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















