Icma.az
close
up
RU
Deputat: “Haylar anlamalıdırlar ki, təxribatlara sürükləyənlər onları yox etdirə bilərlər”

Deputat: “Haylar anlamalıdırlar ki, təxribatlara sürükləyənlər onları yox etdirə bilərlər”

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Asiya Parlament Assambleyasının bu ilin fevralında Bakı deklarasiyasında olduğu kimi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 6 apreldə Daşkənddə keçirilmiş IV konfransında Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdış səylərinə dəstəyin ifadə olunmasını 2024-cü il 5 may “Banjul Bəyannaməsi” ilə başladılan prosesin davamı, dövlətimizin bu yöndəki səylərinə parlament diplomatiyası müstəvisində göstərilən böyük töhfə kimi qiymətləndirir, alqışlayır və qardaş Özbəkistanın başqa bir şəhərində- Səmərqənddə keçirilən Mərkəzi Asiya-Avropa Birliyi sammitindən sonra Ermənistanın Azərbaycanla Gürcüstan arasındakı kommunikasiya xətlərinin cəmisi bir neçə kilometrliyində strateji gərginlik yaratmaq cəhdi haqqında danışmaq istəyirəm”.

Ölkə.Az xəbər vüerir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.

Deputat daha sonra qeyd edib: “Maraqlıdır deyilmi, xanım fon der Lyayen həmən sammitdə orta dəhlizi “qlobal qapı” adlandırıb o qapının açarını da Ermənistana vermək niyyətində olduqalrını açıqladıqdan dərhal sonra düşmən, bəli məhz düşmən şərti sərhəddin Qazax rayonundan keçən hissəsin bir yerində özünün 12 ədəd 122 millimetrlik D-30 haubitsalarını döyüş mövqeyinə çıxarır,  digər yerində böyük çaplı silahları atəş açmağa hazırlaşırlarmış kimi hərbçilərimizə doğru tuşlayır. Bu təsadüfdürmü, mümkün deyil. Avropa Birliyinin Ermənistandakı casus missiyasının sevimlilərinin bu əməlindən xəbəri varmı? Fikrimcə, nəinki xəbəri var, düzdür, döyüş mövqeyinə çıxarılanlar  dırnaqarası sülh fondunun ayırdığı vəsaitlə alınan və Fransanın ötürdüyü silahlar olmasa da, bu yeni gərginlik ssenarisinin hətta birgə yazıldığını belə mən istisna etmirəm. Amma haylar anlamalıdrlar ki,  onları belə  təxribatlara sürükləyənlər,  Ermənistan sərhədlərini açdırmaq əvəzinə onu büsbütün yox etdirə bilərlər.

Hay havadarları ADA-dakı beynəlxalq forumda "Azərbaycanı Mərkəzi Asiyadan ancaq Xəzər ayırır" sözlərinin nə anlam daşıdığını, Avropa Birliyindəkilərdən fərli olaraq bizi ortaq tarix, eyni kök, dil, mental dəyərlər birləşdirdiyini, Səmərqənddəki sammitdən dərhal sonra Özbəkistan Prezidentinin cənab İlham Əliyevə niyə zəng etdiyini anlamırlarsa öz problemləridir: “Amma əmin olmaq istərdim ki, sözü gedən forumda Prezidentimizin TDT-nin güc mərkəzinə çevrilməsi üçün tarixi fürsətin yarandığı, burda ləngimənin yolverilməzliyi haqda fikirlərini digər türk dövlətlərinin başçıları da bölüşürlər. Ümid etmək istərdim ki, onlar Şimali Kiprə yanaşmada Azərbaycan Prezidentinin ortaya qoyduğu açıq, prinsipial və təəssübkeş mövqeyi  diqqətdən qaçırmayacaqlar. Və avropalılarla imzaladıqları birgə bəyanatda BMT-nin 541, 550-ci qətnamələri vurğulansa da, həmən BMT baş katibinin təşəbbüsü ilə keçirilən refendumda nədən birləşməyə "hə" deyən Şiamli Kiprin yox, "yox" deyən yunan Kiprinin Avropa Birliyinə üzv qəbul edildiyinin üzərində də düşünəcəklər”.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Aprel 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri