Icma.az
close
up
RU
Deputat İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin azaldılmasını DƏSTƏKLƏDİ

Deputat İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin azaldılmasını DƏSTƏKLƏDİ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Birmənalı olaraq, icbari tibbi sığorta fondunun dövlət tərəfindən azaldılması əslində sistemin zəifləməsi deyil, əksinə, onun dayanıqlığının artdığının göstəricisidir".

Redaktor.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bugünkü iclasında  “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsinin müzakirəsində bildirdi.

"Bu, illər əvvəldən cənab prezident tərəfindən ortaya qoyulmuş siyasi bir tapşırıq olaraq, əslində, keçidin bir tərtibatı idi. Çünki sosial sığorta sistemi artıq təkcə dövlətin deyil, həm də işəgötürənlərin və iqtisadi aktiv vətəndaşlarımızın ödənişləri ilə formalaşan müstəqil bir mexanizmə çevrildi. Dünyanın da heç bir ölkəsində tibbi sığorta tamamilə dövlət vəsaiti hesabına formalaşmır. Bizdə də dövlət ilk mərhələdə bu məsələyə sadəcə təkan olaraq köməkçi vasitə kimi dəstək olmağa və ehtiyac olduğu müddət ərzində bu dəstəyi əsirgəmədən beynəlxalq səviyyədə də qəbul olunmuş standartlarla yanaşmağı seçmişdir. İkinci sual, mediada çox müzakirə mövzusu olan bu prosesdə vətəndaş üzərinə əlavə yükün gətirilməsi, yəni dövlət büdcəsindən sanki bu vəsait azaltmaqla əlavə yük gətirir. Məqsəd odur ki, xidmətlər daha keyfiyyətli olsun. Dövlətin bu günə qədər qarşıda qoyduğu əsas məqsədlərdən biri şəffaf və bərdvabər əsaslarla əlçatan bir sistemin qurulmasıdır. Bu gün icbari tibbi sığorta çərçivəsində yüzlərlə xidmət, minlərlə əməliyyat və müalicə növü artıq dövlət təminatının daxil oldu. Fondun maliyyə bazası diversifikasiya olunduqca, xidmətlərin sayı da əlbəttə ki, zaman içində artacaq, bunu da hər il görürük. Bu o deməkdir ki, dövlət öz vətəndaşına daha sistemli, daha sığortalı bir tibbi təhlükəsizlik mühiti yaratmaqda birmənalı olaraq maraqlıdır. Dördüncü məsələ isə, tez-tez səslənən suallardan biri işsizlikdir. Qeyri-formal çalışan vətəndaşların sığortaları necə yararlanacaq? Bununla əlaqədar inanılmaz bir şəkildə qərar və hökmlər verilir. 

Dövlət sosial müdafiə mexanizmi çərçivəsində aztəminatlı, işsiz və həssas təbəqələri qorumağa davam edir. Onların tibbi sığorta haqları dövlət tərəfindən qarşılanır və bu, sistemin əsas bünövrə prinsiplərindən biri olub və bu dazvam edəcək. Amma eyni zamanda da məqsəd odur ki, əmək bazarlığı leqallaşsın, yəni insanlar rəsmi qeydiyyatdan keçməklə həm pensiya, həm sosial, həm də tibbi təminat hüquqlarını qazansınlar. Bu, həm  fərdi, həm də milli səviyyədə, düşünürəm ki, kifayət qədər ədalətli bir yanaşmadır. Ona görə də mən ölkələrdə həm də tibbi sığortanın tətbiqi ilə əlaqədar uğurlarımızla birlikdə, bəzən sistemin gedişatında ola bilən çatışmazlıqların da olması normal bir şeydir, çünki bu, canlı bir mexanizmadır və əminəm ki, Azərbaycan səhiyyəsi, Azərbaycan səhiyyə siyasətini tətbiq edən bütün qurumlar da bu problemlərin həlli istiqamətində lazım olan addımları atırlar. Ona görə də gəlin, bu prosesi sadəcə rəqəmlərlə deyil, strategiya, inkişaf baxımından da dəyərləndirək", - deyə o yekunlaşdırdı.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri