Icma.az
close
up
RU
Deputat: İnformasiya agentliyinin ən azı 5 xarici ölkədə jurnalist akkreditasiyasının olması şərti ən önəmlilərdəndir

Deputat: İnformasiya agentliyinin ən azı 5 xarici ölkədə jurnalist akkreditasiyasının olması şərti ən önəmlilərdəndir

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

“İnformasiya agentliyinin ən azı 5 xarici ölkədə jurnalist akkreditasiyasının olması mövcud şərtlərin bəlkə də ən önəmlilərindəndir. Bu, Azərbaycan mətbuatının beynəlxalq miqyasda və arenada daha əzmlə təşəkkül tapmasına zəmin yaradacaq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnarə Akimova "Media haqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsində deyib.

Deputat bildirib ki, müzakirənin keçirilməsi üçün seçilən vaxt çox rəmzi və simvolikdir: "Bu ay Azərbaycanda milli mətbuatın yaranmasının 150 ili tamam olur və müzakirə etdiyimiz məsələnin mahiyyəti bu 150 ildə Azərbaycan zehniyyətinin necə vüsətlə inkişaf etdiyini təsdiqləyir.

Qanun layihəsinə əsasən, media subyektlərinin adları digər media subyektlərinin adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməli tələbi qoyulur. Bu tələb həm media subyektlərimizin adlarındakı monotonluğu ortadan qaldıracaq, həm də onların ideya istiqamətlərinin aydınlaşmasına, media subyektlərinin ənənəvi missiyasının qorunub saxlanmasına rəvac verəcək”.

Deputat qeyd edib ki, müzakirə olunan Qanun layihəsi milli məsələdir: "Hər şeydən əvvəl ona görə ki, mətbuatla bağlıdır. Kim etiraf etməz ki, Azərbaycanda milli özünüdərk prosesinin təşəkkülü, Azərbaycanın dövlət müstəqilliyinin varlığı Azərbaycan mətbuatına borcludur. Dünya mədəniyyətinə çıxışımız da milli mətbuatın hesabına mümkün olub. Bu mənada XX əsrin əvvəllərində Azərbaycan mətbuatı həm ədəbiyyatın, həm də cəmiyyətin istiqamətini müəyyənləşdirir, milli şüurun, eləcə də estetik zövqün gəlişməsini təmin edirdi. O illərdə bizim siyasi müəyyənliyimiz, sərhədlərimiz, ordumuz, dövlətimiz olmadığı üçün bütün boşluqları, təbii ki, Azərbaycan mətbuatı doldururdu”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri