Icma.az
close
up
RU
AZƏRTAC Gürcüstanda “İlin ən yaxşı xarici informasiya agentliyi” seçildi

AZƏRTAC Gürcüstanda “İlin ən yaxşı xarici informasiya agentliyi” seçildi

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gürcüstanda 2013-cü ildən etibarən hər il elm, təhsil, mədəniyyət, incəsənət, idman, tibb, informasiya təminatı və digər sahələrdə fərqlənən təşkilatlar və insanlar müəyyənləşdirilir və onlar öz sahələri üzrə “İlin ən yaxşısı” elan olunurlar.

Modern.az xəbər verir ki, builki seçimlərdə Gürcüstanda fəaliyyət göstərən yerli və xarici informasiya agentlikləri və televiziyaları arasında da qiymətləndirmə aparılıb. Münsiflər heyətinin qərarına əsasən, Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC Gürcüstanda “İlin ən yaxşı xarici informasiya agentliyi”, agentliyin bu ölkədəki əməkdaşı Xətayi Əzizov isə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb.

Müsabiqənin təşkilat komitəsinin rəhbəri, “İnternational George” təşkilatının direktoru Nino Şalamberidze bildirib ki, münsiflər heyəti Gürcüstanda yerli və xarici televiziyaların, informasiya agentliklərinin fəaliyyətini araşdırıb. Nəticələrə əsasən müəyyən olunub ki, AZƏRTAC Gürcüstanla bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında obyektivlik, düzgünlük və qərəzsizlik prinsiplərini qoruyub. Eyni zamanda, agentlik iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verib.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov Azərbaycan və gürcü mediasında çıxışlarında hər iki dövlətin mənafelərinin qorunması prinsiplərinə sadiq qalıb və media orqanları arasında dostluq körpüsünün möhkəmlənməsinə xidmət edib.

Münsiflər heyətinin yekdil qərarı ilə o, Gürcüstanda “İlin ən yaxşı xarici ölkə müxbiri” seçilib.

Bu gün qaliblərlə münsiflər heyətinin görüşü keçirilib. Bildirilib ki, mükafatlar ilin sonunda təqdim olunacaq.

Qeyd edək ki, Gürcüstanda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ermənistan, Ukrayna, Fransa və İranın nüfuzlu agentliklərinin təmsilçiləri fəaliyyət göstərirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyul 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri