Icma.az
close
up
RU
Olanların ən yaxşısı: İlham Əliyevin 5 şərti və tarixi qələbəsi Vüsalə Mahirqızı yazır

Olanların ən yaxşısı: İlham Əliyevin 5 şərti və tarixi qələbəsi Vüsalə Mahirqızı yazır

Lent az saytına istinadən Icma.az xəbər verir.

Türklərin gəlmiş-keçmiş ən böyük dövlət adamı və sərkərdələrindən olan Nadir şah Əfşar Suqovuşandakı Qurultaydan sonra buraxdığı sikkənin üstündə belə yazdırmışdı: Olanların ən yaxşısı!

Nadir böyük qələbələr qazanmışdı, hakimiyyətə gələndə işğal altında olan dövlətini azad etmişdi. Suqovuşanda qələbəsini qeyd edirdi. Bu, rusları öz təsir dairəsində olan ərazidən qovan Nadir idi! Üstəlik, bunu müharibəsiz etmişdi.

***
Türklərin başqa böyük dövlət adamı və bizim Ali Baş Komandanımız İlham Əliyev dünən dünyanın bir nömrəli paytaxtında, bir nömrəli ofisində görüşlərə başlayanda mən Nadir Şahın sözlərini xatırladım.

Dövlətimiz, Millətimiz və bölgəmiz üçün olanların ən yaxşısı olur!

***
Avqustun 8-də Vaşinqtondakı görüşlər, imzalanmış sənədlərdəki təfərrüatlar artıq mediada geniş yayılıb. Azərbaycan mediası bu görüşü anbaan xəbər, foto və video görüntülərlə yayımladı. Azərbaycan Prezidenti görüşlərdən və sənədlərin imzalanmasından dərhal sonra mediaya müsahibə verdi və bütün siyasi təfərrüatlara toxundu.

İşğal zamanı aparılan danışıqlarda, daha sonra Vətən Müharibəsi və Böyük Zəfərdən sonrakı proseslərdə Ali Baş Komandanın sülh üçün Azərbaycan adına söylədiyi şərtləri heç vaxt dəyişmədi.

İlk şərt-Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etməsi idi. İlham Əliyev siyasi iradəsi, xalqının dəstəyi və ordusunun qüdrəti ilə bunu etdi. Bütün risklərə rəğmən, qərar verdi və etdi.

İkinci şərt-Azərbaycanın öz suverenliyini tam bərpa etməsi idi. Əliyev xalqı və ordusu ilə birgə bunu da bacardı.

Üçüncü şərt-ATƏT-in Minsk Qrupunun tarixə qovuşması idi. Prezident bunu Zəfərdən sonra sülh üçün üç şərtdən biri kimi irəli sürdü. Avqustun 8-də ATƏT-in Minsk qrupu onu yaradanların alqışları ilə tarixə qovuşdu.

Dördüncü şərt-Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən maneəsiz və təhlükəsiz quru yolunun təmin olunması idi. İlham Əliyev buna da nail oldu. Naxçıvan blokadadan qurtarıldı. Bizim “yavru vətənimiz” artıq heç kimin mərhəmətinə möhtac qalmayacaq.

Beşinci şərt-Ermənistan Konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlı müddəaların çıxarılması idi. Çünki bu olmadan Azərbaycana təzyiq etmək istəyən istənilən regional güc “zəif nöqtə”dən tutub, yenidən Ermənistanda revanşistləri alovlandıra, Azərbaycana qarşı çevirə bilər. Əslində bu təkcə bizim yox, elə erməni xalqının da sülh qarantiyasıdır. İlham Əliyev bunu da bacardı. Dünən dünyanın super dövlətinin baş ofisində Trampın şahidliyi ilə imzalanan Birgə Bəyannamə ilə erməni xalqının təmsilçisi olan Baş Nazir Paşinyan sənədlə söz verdi.

Beləliklə, İlham Əliyev ərazi bütövlüyü, suverenliyi, bütün sərhədlərində yalnız Azərbaycan əsgərinin dayandığı, ölkəsində öz ordusundan başqa heç bir hərbi gücün olmadığı, köçkünsüz, blokadasız, heç bir siyasi və hərbi təzyiq vasitəsinin qalmadığı Azərbaycan yaratdı. İlham Əliyev bu Azərbaycanla regionun ən güclü lideri olaraq dünyanın bir nömrəli ofisinə getdi, əl sıxışdı və sülh imzalamağa hazır olduğunu bildirdi.

O bacardı, Azərbaycan qazandı!

Əliyev Azərbaycana “böyük qardaşlıq” etmək istəyənlərin hamısını tərəfdaşa çevirdi. Çevrilmək istəməyənlərə də məhz bunu anlatmağa çalışır. Azərbaycana “böyük qardaş” lazım deyil, Şərqin ilk Cümhuriyyəti öz taleyini özü həll edir. Kim istəsə tərəfdaş ola bilər.

İlham Əliyev ötən əsrin sonlarında atəşkəs istəyən, mərhəmət istəyən, ATƏT-in Minsk Qrupundan, Avropa Şurasından, dünyanın fərqli paytaxtlarından ədalət istəyən ölkəyə ədaləti özü qazandırdı! Bizə ədalətli davranmadılar, bizə mərhəmət etmədilər, bizə haqqımızı vermədilər! Biz ədaləti bərpa etdik, biz ədaləti qazandıq, biz haqqımızı aldıq!

İlham Əliyev 250 ildən sonra tarixin təkərini döndərdi. Bu bölgəyə sülh gəlməsi üçün mümkün olanın ən yaxşısını etdi. Olanların ən yaxşısı oldu!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Avqust 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri