Icma.az
close
up
RU
Deputat: İran Azərbaycanla qarşıdurma imkanına malik deyil

Deputat: İran Azərbaycanla qarşıdurma imkanına malik deyil

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan və İran arasında münasibətlər dünyanın ən mürəkkəb geosiyasi münasibətlərindəndir və tarixi, coğrafi və demoqrafik amillərlə sıx şəkildə bağlıdır.

Gülüstan və Türkmənçay müqavilələri vahid regionu və xalqı faktiki olaraq üç hissəyə bölmüşdür. Rusiya imperiyasının tərkibində erməni vilayəti yaradıldı və zaman keçdikcə həmin ərazilərdən azərbaycanlı əhali mərhələli şəkildə sıxışdırılıb çıxarıldı. Araz çayı isə bir xalqın bölünməsinin rəmzinə çevrildi.

Bununla belə, münasibətlərin bütün mürəkkəbliyinə baxmayaraq, son dövr ərzində belə bir təəsürat var idi ki, Azərbaycan və İran yaranan problemləri müəyyən şəkildə həll etməyə çalışırlar. Sanki hər iki tərəf anlayırdı ki, ölkələr mümkün olan vasitələrlə qarşıdurmadan qaçmalı və qarşılıqlı faydalı layihələr həyata keçirməlidirlər". 

"Cebheinfo.az" xəbər verir ki,  bunu millət vəkili Nigar  Arpadarai deyib.

Onun fikrincə, Azərbaycanda yaxşı bilirlər ki, bu illər ərzində cənub qonşumuzun müxtəlif strukturları pərdəarxası üsullarla dövlətimizin və cəmiyyətimizin inkişafına mane olmağa çalışıblar: 

"Həmin qurumlar uzun müddət Qarabağdakı erməni işğalçılarına dəstək olublar, halbuki rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirirdilər. Bunun əksinə olaraq, Azərbaycan heç vaxt belə fəaliyyət həyata keçirməyib.

Lakin İran tərəfindən strateji əhəmiyyətə malik obyektə – Naxçıvan hava limanına birbaşa hücum baş verib. Ardınca məktəbə edilən hücum isə açıq mesajdır ki, ilk dron hadisəsi təsadüfi olmayıb və biz planlaşdırılmış əməliyyatla qarşı-qarşıyayıq.

Şübhəsiz ki, indi baş verənlərlə bağlı müxtəlif versiyalar səsləndiriləcək. Kimlərsə simpatiya və ya antipatiyalarına uyğun olaraq və ya sifarişlə, bunun təsadüf olduğunu, ayrı-ayrı iranlı komandirlərin özbaşına hərəkəti olduğunu və ya üçüncü tərəfin təxribatı olduğunu iddia edəcəklər.

Lakin dövlətlərarası münasibətlərin qurulduğu sadə bir prinsip var: hər bir dövlət öz ərazisindən qonşulara qarşı birbaşa və ya dolayı təhlükələrin yaranmamasını bütün mümkün vasitələrlə təmin etməlidir. 

Qonşu ölkələrin ərazisindən hədəfli döyüş sursatları uçub gəlməməlidir. Hər bir dövlət öz ərazisində baş verənlərə görə məsuliyyət daşıyır. Suverenlik prinsipinin mahiyyəti də məhz budur".

Bu isə o deməkdir ki, baş verənlərə görə siyasi və hüquqi məsuliyyət İran hökuməti və ordusunun üzərinə düşür:

"Bu məsuliyyətdən isə təkcə hadisəni araşdırmaq öhdəliyi deyil, həm də araşdırmanın nəticələrini Azərbaycan tərəfinə şəffaf şəkildə təqdim etmək zərurəti doğur.

İranın bir çox digər qonşularından fərqli olaraq, Azərbaycan uzun illər təhlükəsiz və mehriban qonşu olub. Azərbaycan nə özü problem yaradıb, nə də üçüncü ölkələrin öz ərazisindən İrana qarşı fəaliyyət göstərməsinə imkan verib. 

Bunu isə nə ABŞ qoşunlarının yerləşdiyi Fars körfəzi ölkələri, nə də sərhədləri boyunca tez-tez silahlı qrupların hərəkət etdiyi İraq, Pakistan və Əfqanıstan barədə demək olar. Ermənistan isə öz ərazisinə Avropa “müşahidəçi” missiyasını dəvət edib. Hətta İranın Türkiyə ilə sərhədi belə, son illərdə daha yaxşı qorunsa da, həmişə tam sakit olmayıb.

Bütün bunlar göstərir ki, İranın beynəlxalq hüququn, sülh və mehriban qonşuluq prinsiplərinin kobud şəkildə pozması Azərbaycanı milli maraqlarımızın, müdafiə və təhlükəsizlik ehtiyaclarımızın diktə etdiyi addımlar atmağa məcbur edir.

Bununla yanaşı, ən sadə siyasi analiz də göstərir ki, İran hazırkı vəziyyətində Azərbaycanla qarşıdurmaya getmək imkanına malik deyil". 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri