Icma.az
close
up
RU
Fransa başa düşür ki, Azərbaycanla qarşıdurma siyasəti səmərə vermir Deputat

Fransa başa düşür ki, Azərbaycanla qarşıdurma siyasəti səmərə vermir Deputat

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Pezidentin sonuncu bəyanatında Fransa ilə Azərbaycan arasında anlaşılmazlığa səbəb olan məsələlərin artıq keçmişdə qaldığı bildirildi. Bu, çox mühüm və önəmli fikirdir. Çünki Fransa-Azərbaycan münasibətlərində problemli məqamlar əsasən Fransanın əvvəllər sərgilədiyi qərəzli mövqedən qaynaqlanırdı".

Bu barədə Redaktor.az-a açıqlamasında deputat Tural Gəncəliyev Prezident İlham Əliyevin Fransanın yeni səfirini qəbul edərkən ''Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı'' sözlərini şərh edərkən bildirdi. 

"Həmin dövrdə Fransa Ermənistanın işğal siyasətinə və Azərbaycanın maraqlarına qarşı açıq şəkildə dəstək göstərirdi. Lakin indi yeni reallıq formalaşıb. Azərbaycan bu reallığı özü yaradıb, torpaqlarımız işğaldan azad olunub, suverenliyimiz tam bərpa edilib. Bu reallıq Fransanın da diqqətindən yayınmayıb. Artıq Fransa başa düşür ki, Azərbaycanla qarşıdurma siyasəti səmərə vermir və bu istiqamətdə atılan addımlar nəticə gətirməyəcək. Bu baxımdan həm Avropa Siyasi Birliyi tədbirində, həm də Şarm əl-Şeyxdə keçirilən görüşdə Fransa rəhbərinin Azərbaycan Prezidentinə yaxınlaşması və sərgilədiyi müsbət münasibət diqqətdən yayınmadı. Bu davranış, eyni zamanda, Fransanın Azərbaycana və onun liderinə qarşı artan rəğbətinin, hörmətinin göstəricisidir".

Millət vəkilinin sözlərinə görə, reallıq budur ki, Azərbaycanın yaratdığı yeni siyasi və geosiyasi vəziyyət Fransanı da mövqeyini dəyişməyə vadar etdi:

"Güclü liderlik, ardıcıl diplomatiya və aydın milli maraqlar əsasında formalaşmış xarici siyasət nəticəsində Fransa artıq Cənubi Qafqazda Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcbur olub. Prezident isə öz növbəsində müdriklik və konstruktivlik nümayiş etdirərək, Fransanın müsbət addımlarına cavab olaraq bildirdi ki, iki ölkə arasındakı problemlər artıq keçmişdə qalıb. Bu, müsbət inkişafdır. Çünki Fransa Avropa institutlarında, xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında söz sahibi olan ölkələrdəndir. Fransa ilə Azərbaycan arasında münasibətlərin normallaşması və yaxınlaşması, dolayısıyla, Azərbaycanın Avropa institutları ilə münasibətlərinin də inkişafına təkan verəcək. Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqaz bu gün artıq bir sülh platformasına çevrilib. Bu reallıq isə vaxtilə regionda sülh əleyhinə siyasət aparan böyük dövlətlərin, istər Fransa, istərsə də Avropa İttifaqındakı digər güclü mərkəzlərin yanaşmalarında dəyişiklik yaradıb. Onlar başa düşüblər ki, Azərbaycanla əməkdaşlıq etmək daha məqsədəuyğundur və uzunmüddətli fayda verir. Azərbaycanla dostluq beynəlxalq müstəvidə həmin ölkələr üçün daha çox bəhrə gətirir, nəinki Azərbaycana qarşı mövqe tutmaq".

Müsahibimiz qeyd etdi ki, Azərbaycan-Fransa münasibətləri tarixən güclü ticarət, enerji təhlükəsizliyi, siyasi, humanitar və mədəni əlaqələrlə müşayiət olunub:

"Lakin Emmanuel Makronun hakimiyyətə gəlməsindən sonra bu münasibətlərdə gərginlik müşahidə olunmuşdu. İndi isə görünür, Makron yeni reallığı qəbul etməyə başlayır və Azərbaycanın Avropa İttifaqında nə dərəcədə güclü və təsirli mövqeyə sahib olduğunu anlayır. Azərbaycan bu gün Avropa İttifaqının 27 ölkəsindən 10-u ilə strateji tərəfdaşlıq qurub. Bu əməkdaşlıqlar hərbi, siyasi, təhlükəsizlik və enerji sahələrini əhatə edir. Fransa da artıq bu mənzərəni görür və anlayır ki, Azərbaycan Avropa İttifaqı daxilində də güclü söz sahibidir. Nəticə etibarilə, Fransa başa düşür ki, Azərbaycanla dostluq, gec də olsa, fayda gətirəcək. Ən əsası isə budur ki, Azərbaycan hər zaman konstruktiv mövqe nümayiş etdirib. İlham Əliyevin son bəyanatında ifadə etdiyi fikirlər də məhz bu münasibətin göstəricisidir", - deyə Tural Gəncəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri