Icma.az
close
up
RU
Deputat: Magistraturanı bitirənlər daha yüksək maaş almalıdır

Deputat: Magistraturanı bitirənlər daha yüksək maaş almalıdır

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq 2025-ci ilin yekunlaşmasına sayılı günlər qalıb. Milli Məclisin hansı komitəsinin neçə qanunvericilik təşəbbüsü ilə çıxış etməsi, nə qədər qanun layihəsi irəli sürməsi, aktivliyi diqqətçəkən məsələdir. Bu il elm və təhsillə bağlı məsələlər cəmiyyətin diqqətində olub. Məsələn əsas müzakirə mövzularından biri də bakalavr və magistratura təhsil pillələri ilə bağlıdır. Xüsusilə də, bakalavr təhsilinin natamam ali təhsil sayılması cəmiyyətdə tərəfindən müzakirə olunan məsələdir.

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bildirib ki, Elm və təhsil komitəsi cari ildə çox aktiv fəaliyyət göstərib:

“Universitetlərlə çoxlu görüşlər, ictimai dinləmələr, bir neçə qanuna dəyişiklik və əlavələr olub. Xüsusilə də, "Peşə təhsili haqqında qanun"a dəyişikliyi qeyd etmək istərdim. Qarabağda azad olunmuş ərazilərdə peşə təhsilini təşviq etmək üçün dövlət hesabına təhsil imkanları genişləndirilib. Digər prosedurlarda, o cümlədən müəllimlərin işə qəbulu ilə bağlı məsələyə dəyişikliklər edilib. Ümumiyyətlə, 2025-ci il Elm və təhsil komitəsi üçün məhsuldar il olub. Komitəmizdə çoxlu ideyalar mövcuddur. İctimai dinləmələrdən irəli gələn bir neçə təşəbbüslər var. Yəqin ki, növbəti illərdə onlar müzakirəyə qoyulacaq. Gələn il yenidən “Ali təhsil haqqında” qanuna baxılması bəzi ictimai dairələr tərəfindən təklif olunur”.

Deputat hesab edir ki, xüsusilə də, magistiratura və bakalavr pillələrində təhsil məsələlərinə yenidən baxılmasına ehtiyac var:

“Qonşu Gürcüstanda 3 illik bakalavr tətbiq olunur. Dünyada dəyişikliklər mövcuddur. Texnologiyalar və bazar dəyişilir. Ona görə də biz bu duruma uyğunlaşmalıyıq. Daha çevik proqramlar, bazara uyğun ixtisaslar, universitetlərə daha çox muxtariyyət verilməsini təşviq etməliyik. Yəqin ki, gələn il bu məsələlərə qanunvericilik səviyyəsində baxılacaq”.

Komitə sədrinin müavini söyləyib ki, bakalavr və magistratura təhsili ilə bağlı yanaşma dünya ölkələrinin əksəriyyətində eynidir:

“Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycnada da magistraturanı bitirib çalışanlar təbii ki, daha yüksək maaş almalıdır. Lakin bəzər elə hallar olur ki, İT mütəxəsisiləri və digər bəzi sahələr üzrə bakalavr təhsili almış şəxslər daha çox maaş alırlar. Bakalavr təhsilinin natamam ali təhsil sayılması məsələsinə gəldikdə, bu da normal haldır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Dekabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see200

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see167

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see162

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see159

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see146

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri