Icma.az
close
up
RU
Gənclərimiz magistraturanı hansı ölkələrdə oxusunlar? Ekspertdən TÖVSİYƏ

Gənclərimiz magistraturanı hansı ölkələrdə oxusunlar? Ekspertdən TÖVSİYƏ

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakalavr təhsilini tamamlayan gənclərin böyük bir qismi akademik biliklərini daha da dərinləşdirmək və ixtisas sahəsində peşəkarlaşmaq üçün magistratura təhsili almağa qərar verir. Bu məqsədlə bir çoxları təhsil imkanları, beynəlxalq mühit və gələcək karyera perspektivlərini nəzərə alaraq xaricdə magistr təhsili almağa üstünlük verirlər.

Tələbələrin çoxunun təhsilini xaricdə davam etməsinin səbəbləri nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, bakalavr təhsilini Azərbaycanda alan bir çox abituriyent xarici təhsil müəssisələrində magistr təhsili almaq istəyirlər. Onun sözlərinə görə, burada iki-üç amil var:

"Birinci amil budur ki, magistr təhsili qısamüddətlidir. Yəni, 2 ildir. Ona görə də tələbələr 2 il xaricdə oxumağın həm də maddi olaraq uyğun olduğunu düşünürlər. Bakalavr olaraq Azərbaycanda həmin ixtisası mükəmməl bilmədiyinin şahidi olur, bu daha çox mühəndislik ixtisasında olur ki, mühəndislik ixtisasını bitirir, burada perspektiv görmədiyi üçün xaricə gedərək onun gələcək karyerasına müəyyən qədər təsir edəcəyini düşünür. Bu, məncə, çox doğru yanaşmadır.

Növbəti amil - Azərbaycanda magistratura imtahanına müəyyən qədər hazırlaşır, maliyyə vəsaiti xərcləyir və bəziləri keçmir, bəziləri az bal yığır, bəziləri də maliyyə vəsaiti çox olduğundan heç hazırlaşmağı da düşünmür. Birbaşa diplom ortalaması ilə heç bir imtahan tələb olunmadan xaricdə magistraturaya qəbul ola bilər. Bəzi tələbələrin istiqaməti məhz bu istiqamətdədir. Düşünürlər ki, burada imtahanda iştirak edib müvəffəq ola bilmədiyimiz təqdirdə və yaxud da heç imtahanda iştirak etmək ehtiyac duymadıqları üçün xarici ali təhsil müəssisələrinə müraciət edirlər.

Bu gün imkanlar sadədir. Yəni, adi diplom ortalaması ilə xarici ali təhsil müəssisələrində təhsil alma imkanları genişdir. Bunu da seçən tələbələrimiz olur".

R.Nurəliyev qeyd etdi ki, bu iki amillə yanaşı bəzi ixtisasların Azərbaycanda tədrisinin keyfiyyətinin yüksək olmadığını nəzərə alsaq, əlbəttə, xarici ali təhsil seçimində, misal üçün, yüksək bal toplayan hər hansı tələbənin magistratura imtahanında Azərbaycanda təhsil almamasının səbəbi buradakı təhsildən qane olmamasıdır.

"Belə tələbələrə haqq vermək olar. Mühəndislik ixtisasları üzrə mən tövsiyə də edirəm ki, tələbələr xüsusilə Avropa ölkələrini seçsinlər. İxtisaslara görə isə ölkə seçimi dəyişməlidir. Məsələn, İT sahəsində Avropa ölkələri daha üstündür, tibb ixtisasları üzrə Almaniya, bəzi mühəndislik sahələri üzrə Çin daha üstündür.

Mənim fikrimcə, 2 il həqiqətən gedib xaricdə oxumağa dəyər. Əksər tələbələrin də düşüncələri bu yöndədir. 2 il içərisində maliyyə vəsaiti də çox ayrılmır buna. İki il inkişaf etmiş ölkələrdə oxuduğu zaman, elə qardaş Türkiyədə oxuduğu zaman tələbə geri qayıdan zaman tələbənin CV-sində bu, üstünlük təşkil edir. İşə götürən də buna diqqət yetirir.

Bəzi tələbələrin də müraciət etmə səbəbi məhz budur. Bəziləri burada qəbul ala bilmədiyi, bəziləri əsgərliyin qarşısını almaq üçün diplom ortalaması ilə xaricə gedirlər", - deyə təhsil eksperti vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 İyul 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri