Icma.az
close
up
RU
Qüdrət Həsənquliyev: Magistraturanı və rezidenturanı bitirənlər müəyyən məbləğ qarşılığında hərbi xidmətdən azad edilsinlər

Qüdrət Həsənquliyev: Magistraturanı və rezidenturanı bitirənlər müəyyən məbləğ qarşılığında hərbi xidmətdən azad edilsinlər

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəmiyyətimiz bu dəyişiklikləri, xüsusən hərbi xidmətə çağırışın yaş həddinin azaldılmasını alqışlayacaq və müdafiə edəcək.

APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Qüdrət Həsənquliyev bildirib ki, son vaxtlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində aparılan işlər alqışlanmalıdır: “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmənin sırasını bir az da genişləndirmək olar. Çalışmalıyıq ki, dövlətin idarəetmə xərcləri azalsın. Gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Müdafiə Nazirliyinin birləşdirilməsi çox müsbət addım olardı. Biz dövlət müəssisələrində çalışanlara daha yüksək əməkhaqqı da verə bilərik”.

Deputat qeyd edib ki, Səhiyyə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibbi yoxlama ilə bağlı məsuliyyət daşımalıdır: “Necə əlilliklə bağlı Səhiyyə Nazirliyi məsuliyyət daşıyır, eyni prinsip burada tətbiq olunmalıdır və bu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etimadsızlıq kimi qəbul edilməməlidir. Xalqımız uzun müddətdir gözləyir ki, pul ödəmək qarşılığında müəyyən kateqoriyadan olan şəxslər hərbi xidmətdən azad olsun. Cəmiyyətdə gözlənti odu ki, magistratura təhsili almış, rezidentura təhsil almış şəxslər cəmiyyət üçün daha faydalı ola bilər, nəinki hərbi xidmətə getməklə. Bizim elə gənclər var ki, hərbi xidmətə yararlı olsa da, onun çiyninə 20 kq yük qoyub təpədən yuxarı qaldırsan, ona düşmən gülləsi lazım deyil, onun elə orada nəfəsi kəsiləcək. Hərb sənəti o demək deyil ki, hamı getsin, hərbçi olsun. Biz elmlər doktorlarını, fəlsəfə doktorlarını azad edirik. Bir bənd də əlavə edilsin ki, magistraturanı və rezidenturanı bitirən şəxslər müəyyən məbləğ qarşılığında hərbi xidmətdən azad edilsinlər. Ümumiyyətlə, mən müqaviləli ordu tərəfdarıyam ki, peşəkar hərbçilər orduya cəlb olunsun. Digər məsələ isə 2 övladı olan şəxslərlə bağlı təklifim var ki, bu güzəştlər onlara da şamil olsun”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri