Icma.az
close
up
RU
Magistraturanı bitirənlər bu qədər maaş alacaq (SİYAHI)

Magistraturanı bitirənlər bu qədər maaş alacaq (SİYAHI)

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Artıq  magistratura səviyyəsi üzrə ixtisas seçimi mərhələsinə start verilib. Maraqlıdır, namizədlər seçim zamanı nələrə daha çox diqqət yetirməlidirlər? Hansı ixtisaslar hazırda daha perspektivli hesab olunur?

Ümumiyyətlə, magistratura ixtisasları arasında ən gəlirli sahə hansıdır və həmin ixtisası seçən məzun gələcəkdə nə qədər qazanc əldə edə bilər?

AzEdu.az mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu ilə həmsöhbət olub. 

Onun sözlərinə görə, tələbə təhsil almaq istədiyi universitetin imkanlarına, elmi rəhbərlərin səviyyəsinə, xarici təcrübə imkanlarına, beynəlxalq əlaqələrə, tədqiqat mühitinə və universitetin beynəlxalq reytinq cədvəlində yerinə diqqət yetirməlidir:

"Magistratura ixtisas seçimi, deyərdim ki, gələcək karyeranı müəyyənləşdirən ən vacib ixtisaslaşma mərhələsidir. Magistraturada bakalavr ixtisas seçimindən fərqliliklər var.

Belə ki, tələbə bakalavr təhsilinə uyğun seçim etməlidir magistraturada. Yəni tələbə magistraturada ixtisaslaşa bilər".

"Magistraturada ixtisas seçimi zaman ixtisasın adına görə deyil, şəxsi maraq və bacarıqlar əsasında aparılmalıdır", deyə müsahibimiz qeyd edib: "Ümumiyyətlə, ixtisaslaşma zamanı həmin sahənin iş potensialı araşdırılmalıdır. Əmək bazarında həmin ixtisasın yeri müəyyən edilməlidir. Və işəgötürənlərin hansı sahələrə üstünlük verdiyini analiz etmək də vacib məsələdir.

Bundan əlavə olaraq, universitetlərin imkanları da diqqət mərkəzində olmalıdır. Tələbə təhsil almaq istədiyi universitetin imkanlarına, elmi rəhbərlərin səviyyəsinə, xarici təcrübə imkanlarına, beynəlxalq əlaqələrə, tədqiqat mühitinə və universitetin beynəlxalq reytinq cədvəlində yerinə diqqət yetirməlidir.

"Magistratura üzrə daha prestijli ixtisaslara İT, tibb və maliyyəni, hətta müəllimliyi də daxil etmək olar.

Data analitikası və süni intellekt ixtisasını bitirənlər ölkə daxilində rahat şəkildə 1500–3000 AZN gəlir əldə edə bilirlər. Təcrübə artdıqca 5000 AZN-dən də yüksək gəlir əldə edə bilərlər.

Və ya maliyyə ixtisasını bitirənlər Azərbaycanda 1000–2000 AZN gəlir əldə edə bilərlər. Yenə də təcrübə artdıqca bu rəqəm 4000 AZN-ə qədər yüksələ bilər.

İT və proqramlaşdırma sahəsində isə təcrübəyə görə 1500–6000+ AZN maaşla işləmək mümkündür.

Kibertəhlükəsizlik ixtisasında əmək haqqı təcrübəyə əsasən 1500–5000 AZN-dən yuxarı ola bilər.

Ümumilikdə, İT istiqaməti daha çox populyarlıq qazanıb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 İyul 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri