Icma.az
close
up
RU
Deputat mandatı ləğv edilən Əli Abbasov haqda şok iddia: “Qadının evinə girib, onunla...”

Deputat mandatı ləğv edilən Əli Abbasov haqda şok iddia: “Qadının evinə girib, onunla...”

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Ali Məclisinin deputatı Əli Abbasovun mandatının ləğv edilməsi ciddi müzakirə yaradıb. Səbəb kimi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə daxil olmuş vətəndaş müraciətləri göstərilir. Bu müraciət əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Mərkəzi Seçki Komissiyası tərəfindən dekabrın 11-də Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul olunub.

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası bu qərarı özbaşına almayıb:

“Mandatdan məhrum olunan Əli Abbasov ötən yay Şərur rayonunda zorla bir qadının evinə girib onunla əxlaqsız münasibətlər qurmağa cəhd etmişdi.

Heydər Oğuz

Onun bu hərəkəti dövrü mətbuatda da dərc olunmuş və xeyli mübahisələrə yol açmışdı. Sözsüz ki, mövcud xarakterli adamın bir dəqiqə belə deputat mandatı daşıması doğru deyildi. Amma bundan əvvəlki Naxçıvan rəhbəri, Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli bu adamı qoruyur, onun barəsində ölçü götürülməsinə imkan vermirdi. Nəticədə Naxçıvanda bir çox insan əxlaqsızlığa himayədarlıq edən Fuad Nəcəfli barədə xoş fikirlər söyləmir, bütünlükdə Azərbaycan hakimiyyətinin adına xələl gəlirdi. Görünür, yeni nümayəndə bu tendensiyanın qarşısını almaq üçün Əli Abbasovun mandatına xitam verməyi daha məqsədəuyğun bilib”.

Heydər Oğuzun fikrincə, nəinki Naxçıvanda, bütövlüklə Azərbaycanda, bəlkə də dünyada əxlaqsızlığa görə mandatdan məhrum olunmaq ilk hadisədir:

Naxçıvan MR Ali Məclisi bu mənada Ginnesin “Rekordlar” kitabına düşə bilər. Üstəlik, Fuad Nəcəfli komandasında məişət əxlaqsızlığına görə cəzalandırılan ilk məmur Əli Abbasov da deyil. Bundan əvvəl Şahbuz rayonunun İcra Hakimiyyətində yüksək vəzifədə işləyən bir məmur qonşusunun yoldaşına əxlaqsız təkliflər etdiyi üçün xanımın yoldaşı tərəfindən qulağı kəsilmişdi”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri