Icma.az
close
up
RU
Deputat: Prezident regional aktorlara açıq mesaj verdi

Deputat: Prezident regional aktorlara açıq mesaj verdi

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Prezident İham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında səsləndirilən mesajlar həm regional təhlükəsizlik mühitinə, həm də Azərbaycanın milli maraqlarına yönəlmiş ciddi siyasi siqnallardır. Bu çıxış və verilən mesajlar bir neçə mühüm istiqamətdə analitik şəkildə təhlil edilə bilər. Bu istiqamətlərdən biri dövlət suverenliyinin və sərhəd təhlükəsizliyinin prioritet bir amil kimi önə  çəkilməsidir.  Belə ki, Prezident İlham Əliyevin çıxışında ən əsas mesajlardan biri Azərbaycanın suverenliyinin və sərhəd təhlükəsizliyinin qəti şəkildə qorunacağı ilə bağlı idi. Xüsusilə qonşu dövlətlərin ərazisindən həyata keçirilən təhlükəli hərəkətlərə sərt münasibət bildirilməsi Azərbaycanın təhlükəsizlik məsələlərində kompromisə getməyəcəyini nümayiş etdirir".

Bunu "Cebheinfo.az"a açıqlamasında deputat Jalə Əliyeva deyib.


Deputat qeyd edib ki, bu yanaşma rəsmi Bakının regionda baş verən hərbi-siyasi prosesləri yaxından izlədiyini və ölkənin təhlükəsizliyinə yönələn istənilən təhdidə qarşı preventiv tədbirlər görmək niyyətinin olduğunu göstərir:

"Digər önəmli istiqamət regional aktorlara siyasi mesajdır. Təhlükəsizlik Şurasının iclası yalnız daxili müzakirə platforması deyil, eyni zamanda regional aktorlara ünvanlanmış siyasi mesajların verildiyi mühüm tribunalardan biridir. Prezidentin bəyanatları göstərir ki, Azərbaycan regionda gərginlik yaradan addımların qarşısını almaq üçün həm diplomatik, həm də təhlükəsizlik mexanizmlərindən istifadə etməyə hazırdır. Bu, bir tərəfdən ölkənin hərbi potensialına və müdafiə qabiliyyətinə inamın göstəricisidir, digər tərəfdən isə regionda sabitliyin qorunmasına yönəlmiş siyasi iradənin ifadəsidir".

J.Əliyeva bildirib ki, digər əhəmiyyətli məsələ milli təhlükəsizlik konsepsiyasının gücləndirilməsi ilə bağlı verilən mesajdır:

"İclasda səsləndirilən fikirlər Azərbaycanın milli təhlükəsizlik strategiyasının daha da gücləndirilməsi istiqamətində atılan addımların davam edəcəyini göstərir. Müasir dövrdə təhlükələr təkcə hərbi sahə ilə məhdudlaşmır; kiberhücumlar, informasiya müharibəsi və yeni texnoloji risklər də təhlükəsizlik gündəliyinin əsas elementlərinə çevrilib. Bu baxımdan, Prezidentin çıxışında təhlükəsizlik məsələlərinin kompleks yanaşma ilə idarə olunması mesajı aydın şəkildə hiss olunur.

Prezident,  çıxışınsa güclü dövlət və siyasi iradə mesajını da verdi. Azərbaycanın müstəqil siyasət yürütməsi və milli maraqlarını qətiyyətlə müdafiə etməsi beynəlxalq münasibətlər sistemində ölkənin mövqeyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin çıxışı göstərir ki, Azərbaycan regional proseslərdə passiv müşahidəçi deyil, əksinə, öz təhlükəsizlik arxitekturasını formalaşdıran və onu qoruyan aktiv faktordur.

Ümumilikdə, Təhlükəsizlik Şurasının iclasında səsləndirilən mesajlar Azərbaycanın təhlükəsizlik siyasətinin əsas istiqamətlərini bir daha ortaya qoyur. Bunlar,  suverenliyin qəti müdafiəsi, regional təhdidlərə sərt və adekvat reaksiya, milli təhlükəsizlik sisteminin modernləşdirilməsi,
siyasi və hərbi güc balansının qorunmasıdır".

Deputat onu da vurğulayıb ki, bu mesajlar həm daxili auditoriyaya güvən və sabitlik siqnalı verir, həm də regiondakı aktorlara Azərbaycanın təhlükəsizlik məsələlərində prinsipial və qətiyyətli mövqeyini nümayiş etdirir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2026 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri