Icma.az
close
up
RU
Deputat Qarabağ ın zəif çıxışını şərh etdi: Klub hazırda keçid dövrünü yaşayır

Deputat Qarabağ ın zəif çıxışını şərh etdi: Klub hazırda keçid dövrünü yaşayır

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Ötən gün Avrokuboklarda yeganə təmsilçimiz "Qarabağ" klubu son oyununu keçirib.

Yunanıstanda "Olimpiakos"un qonağı olan Ağdam təmsilçisi 3-0 hesabı ilə məğlub olub.

Nəticədə, klub 8 oyundan sonra 3 xal qazanıb və 36 klub arasında sonuncu pillədə qərarlaşıb.

Beləliklə, klubun builki Avrokubok macərası bitib.

"Qarabağ"ın oyunu ilə bağlı maraqlı məqamlardan biri isə rəqibin 3 top vurmağına baxmayaraq bunlardan 2-ni künc zərbəsindən vurması olub.

Belə ki, "Köhlən atlar" əvvəlki qarşılaşmada da "Stiua" klubundan, eyni zamanda Azərbaycan Premyer Liqasında "Turan Tovuz"la matçda da künc zərbəsindən qol buraxmışdılar.

Bəs, "Qarabağ"ın cari mövsümdə Avroliqada zəif çıxış etməsinin səbəbləri nədir? Komandada ciddi dəyişikliklər gözləniləndirmi?

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Naqif Həmzəyev AZXEBER.COM-a açıqlamasında "Qarabağ" futbol klubunun Avrokuboklarda bu il aşağı nəticələr göstərməsini şərh edib.

O, qeyd edib ki, "Qarabağ" son illər adını idman arenalarında yüksək səviyyədə yaşadıb:

"Biz uzun illərdir ki, "Qarabağ" futbol klubunun qələbələrinə və nailiyyətlərinə alışmışıq, sevinmişik. "Qarabağ" adını həmişə idman arenasında, futbol dünyasında yaşadıb. Klub Ağdamda, Xankəndidə - işğaldan olan torpaqlarımız azad ediləndən sonra doğma meydançasında futbol oynamağa başladı. Lakin bu il təəssüflər olsun ki, "Qarabağ" klubu Avroliqada elə də yüksək səviyyədə təmsil olunmadı".

Deputat qeyd edib ki, "Qarabağ"ın Avroliqada zəif çıxış etməsinin bir neçə səbəbləri var:

"Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. İstənilən futbol klubu müvafiq keçid dövrünü mütləq yaşamalıdır. Mən inanıram ki, "Qarabağ" klubunda hazırda keçid dövrü yaşanır və biz bu komandaya yeni futbolçuların keçidini reallaşdırmalıyıq. Xüsusilə də azərbaycanlı gənc futbolçuların komandada təmsil olunmasını təmin etməliyik. Çünki futbol birbaşa maliyyə ilə bağlıdır. Ümid edirəm ki, "Qarabağ" klubu problemlərini həll edəcək, klub rəhbərliyi komandanın tam yaxşı oynaya bilməsi üçün, xeyli alternativ futbolçuların olması üçün transferlər həyata keçirəcək".

Millət vəkili "Qarabağ" azarkeşlərini klublarını sona qədər dəstəkləməyə çağırıb:

"İstənilən halda "Qarabağ" klubu udsa, uduzsa da həmişə bizim sevdiyimiz və dəstək verdiyimiz komandadır. Mən inanıram ki, növbəti Avrokuboklarda "Qarabağ" klubu əvvəlki şöhrətini geri qaytaracaq. Həqiqətən də gözoxşayan futbol oynamağa davam edəcəklər. Hazırda "Qarabağ" klubuna Premyer Liqada uğurlar arzulayırıq. Klub bu il də çempion olacaq. Mən bütün tamaşaçılarımızı "Qarabağ"ımızı sonuna qədər dəstəkləməyə çağırıram".

Mikayıl Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 31 Yanvar 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri