Icma.az
close
up
RU
Deputat: Qərbi azərbaycanlılar öz yurdlarına sülh və təhlükəsizlikdə qayıdacaq

Deputat: Qərbi azərbaycanlılar öz yurdlarına sülh və təhlükəsizlikdə qayıdacaq

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

O bildirib ki, qayıdış hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər beynəlxalq aktlarla təsbit edilib:

“Odur ki, Ermənistan beynəlxalq hüquqa əməl etməli, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına sülh yolu ilə geri dönməsinə süni əngəllər törətməməli, onların qayıdışını təhlükəsiz və ləyaqətli şəkildə təmin etməlidir.

Bu gün Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” adlı III Beynəlxalq Konfransda səslənən fikirlər bir daha göstərdi ki, zorla çıxarılmış azərbaycanlıların doğma torpaqlarına qayıdışı həm hüquqi, həm tarixi, həm də mənəvi baxımdan xalqımızın haqlı tələbidir”.

Onun sözlərinə görə, 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə soydaşlarımız Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilib, etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar:

“Soydaşlarımızın indiki Ermənistan ərazisindən zorla köçürülməsi, onların mülkiyyətlərinin əlindən alınması, maddi və mədəni irs nümunələrinin dağıdılması və özgəninkiləşdirilməsi tarixi faktlarla sübuta yetirilib.

Ermənistanın məqsədi Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın tarixi və mədəni izlərini silmək olub. Bu, yalnız xalqımızın maddi sərvətlərinə qarşı deyil, həm də onun mənəvi və tarixi kimliyinə qarşı yönəlmiş bir hücum idi.

Bu gün isə bu ədalətsizliklərin aradan qaldırılması, zorla çıxarılmış azərbaycanlıların doğma torpaqlarına geri qayıtması və mədəni irsin bərpası üçün beynəlxalq hüququn imkanlarından istifadə olunması zəruridir”.

S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, uzaqgörən siyasət Qərbi azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək üçün mühüm zəmin yaradır:

“Dövlət başçısının qətiyyətli rəhbərliyi, milli maraqların qorunması və beynəlxalq hüquqa əsaslanan yanaşması bu prosesin uğurla həyata keçirilməsində həlledici rol oynayır. Bu ilin avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması da gələcəkdə hər iki xalqın birgəyaşayışını təmin etmək üçün ümidverici bir addımdır.

Bu addım xalqlar arasında uzunmüddətli sülhün əsasını qoyması, regionda davamlı sülh, qarşılıqlı anlayış və mehriban qonşuluq münasibətləri üçün vacibdir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına sülh, təhlükəsizlik və ləyaqətli şəkildə qayıdacaq, mədəni irsimiz qorunacaq və bərpa olunacaq”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri