Icma.az
close
up
RU
Bu, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması üçün qanuni platforma rolunu oynayır Deputat

Bu, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması üçün qanuni platforma rolunu oynayır Deputat

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanın çağdaş siyasi və diplomatik gündəliyinin əsas prioritetləri sırasında Qərbi Azərbaycana dinc yolla təhlükəsiz şəkildə qayıdış xüsusi yeri tutur. Bu fundamental problemin həlli üçün beynəlxalq hüquqi əsaslandırma müstəsna əhəmiyyətə malikdir”.

Ölkə.az xəbər verir ki, bunu deputat Nizami Səfərov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq hüququ rəhbər tutaraq, BMT-nin nizamnaməsində təsbit edilən prinsiplərə sadiqliyini nümayiş etdirir və tarixi boyu heç bir dövlətə qarşı ərazi iddiaları irəli sürməyib: “Bu mənada qayıdış məsələsinin hər hansı bir ərazi iddiası ilə ümumiyyətlə heç bir bağlantısı yoxdur və ola da bilməz.

İkinci prinsipial məqam ondan ibarətdir ki, 1918-ci ildən başlayaraq, dəfələrlə və sonuncu dəfə 1987-1991-ci illərdə Ermənistanın etnik təmizləmə siyasətinin qurbanları olan insanlar və onların varisləri qəriyə dönmə təməl hüququndar istifadə etməlidirlər.

Etnik təmizləmələr, deportasiyalar və azərbaycan əhalisinin qeyri-qanuni transferləri zaman faktorundan asılı olmayaraq, beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə əsasən soyqırım və insanlıq əlehinə cinayətlərın tərkib elementidir və bu cinayətlərin qurbanlarına nəyinki qeriyə dönmək hüququ, həmcinin kompensasiya almaq hüququ təmin edilir və bu qəbildən olan məsələlər BMT-nin Beynəlxalq hüquq komissiyası tərəfindən birinci oxunuşda qəbul edtiyi "Beynəlxalq hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında" maddələr layihəsində əksini tapıb.

Üçüncü fundamental məqam ondan ibarətdir indiki Ermənistan ərazisindən zorla çıxarılmış və əsrlər boyu burada yaşamış azərbaycanlılar ermənilərdən fərqli olaraq, de-fakto və de-yure yerli xalq statusuna malikdir. Xatırlatmaq istərdim ki, BMT-nin Baş Assambleyasınən 13 sentyabr 2007-ci il tarixli Bəyannaməsinin 10-cu maddəsinə əsasən, “Yerli xalqlar öz torpaqlarından və ya ərazilərindən məcburi köçürülməyə məruz qala bilməzlər. Müvafiq yerli xalqların azad, əvvəlcədən əldə edilən razılığı olmadan heç bir yerdəyişmə həyata keçirilmir, bu yalnız ədalətli kompensasiyanı və geri qayıtama seçimini nəzərdə tutan razılaşmanın bağlanmasından sonra mümkün ola bilər." Beynəlxalq hüququn digər mühüm yanaşması qeyd edilən Bəyannamənin 8-ci maddəsində əksini taparaq, nəzərdə tutur ki, "yerli xalqların və onlara mənsub olan şəxslərin məcburi assimilyasiya və ya mədəniyyətlərinin məhv edilməsi məqsədi ilə təzyiqlərə məruz qalmama hüququ vardır".

Ermənistanın monoetnik dövlət guruculuğu konsepsiyasına rəğmən, azərbaycanlıların əsrlər boyu yaşadıqları və ənənəvi yaşayış mühitindən zorla ayrılan məkanlara sülh yolu ilə təhlükəsiz formada qayıtmaları beynəlxalq hüquqla müdafiə edilən yanaşmadır və universal xarakterli beynəlxalq razılaşmalar belə bir əhəmiyyətli prosesin həyata keçirilməsi üçün səmərli qanuni platforma rolunu oynayır”.

Mürtəza
Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 May 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri