Icma.az
close
up
RU
Deputat: Qərbin Cənubi Qafqazdakı çirkin oyununa alət olanlar tarix qarşısında cavab verəcəklər

Deputat: Qərbin Cənubi Qafqazdakı çirkin oyununa alət olanlar tarix qarşısında cavab verəcəklər

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Cənubi Qafqazda, xüsusilə də Gürcüstan və Ermənistanda müşahidə olunan siyasi gərginlikdə Qərbin izləri açıq-aydın görünür. Ermənistanda marionet rejim qurmağı bacaran qüvvələr Gürcüstanda da oxşar hakimiyyət formalaşdırmaq istəyirlər. Amma Gürcüstan hökuməti gec də olsa başa düşdü ki, ölkənin milli maraqlarının qorunması xaricdən təklif olunan bütün dəyərlərdən, prinsiplərdən daha vacibdir. Düşünürəm ki, kənardan edilən kobud müdaxilələrə rəğmən, Gürcüstan hökuməti son prezident seçkisinin nəticələrini xalqa qəbul etdirə bildi. Dekabrın 29-da Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasından olan keçmiş parlament üzvü və sabiq futbolçu Mixail Kavelaşvilinin andiçməsindən sonra bu ölkədə siyasi hərarətin normaya düşəcəyini söyləmək olar".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanda sabitliyin və inkişafın tərəfdarıdır:

"14 dekabrda Gürcüstanda keçirilən seçkidə hakim partiya qələbə qazandı. Bu münasibətlə Gürcüstanı ilk təbrik edən ölkə Azərbaycan oldu. Qərb dövlətləri isə seçkinin nəticələrini tanımaq istəmir və hazırda Tbilisi beynəlxalq təzyiqlərlə üz-üzədir. Qərb dövlətlərinin, beynəlxalq təşkilatların seçkinin nəticələrini şübhə altına alması Gürcüstanda siyasi gərginliyə səbəb olub. Qərb xarici kəşfiyyat xidmətlərinin idarə etdiyi qrant agenturası Gürcüstanı da Ermənistan kimi geosiyasi müstəmləkəyə çevirmək istəyir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin də qeyd etdiyi kimi, son 20 ildə Gürcüstanın vətənpərvər, mənəvi və psixoloji baxımdan sabit prezidenti olmayıb, bu mənada Mixail Kavelaşvilinin prezidentliyi Gürcüstan üçün dönüş nöqtəsi hesab olunur.

Həqiqətən də, bundan öncə Gürcüstanda hakimiyyətdə olan müəyyən dairələr ifrat qərbyönümlülüyü ilə seçiliblər. Bu da ölkənin milli dəyərlərindən uzaqlaşması, müəyyən məhrumiyyətlərlə üzləşməsinə səbəb olub. Gec də olsa, hökumət anladı ki, Qərb Gürcüstanın heç bir problemini həll edə bilmədi. Ölkənin ərazi bütövlüyü təmin olunmadı, iqtisadi inkişaf tempində dinamik artıq qeydə alınmadı.

Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açmaq planlarının əsas qurbanları elə Gürcüstan və Ermənistan oldular desək, yanılmarıq. Qərb bu ölkələrin xarici siyasi istiqamətlərini dəyişə bilsə də, onları qorumaq gücündə deyil. Qərb çalışırdı ki, Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhə açılsın. Hətta təklif olunurdu ki, dörd milyon əhalisi olan Gürcüstan 150 milyonluq Rusiyaya qarşı müharibəyə başlasın, partizan döyüşləri aparsın. Guya bununla da Ukraynaya dəstək verəcəkmişlər. Qərbin bu cür ikiüzlü, riyakar siyasətinə alət olmaq istəməyən Gürcüstan hökuməti haqlı olaraq milli maraqlarının müdafiəsinə qalxdı və oyuncaq siyasətçiləri proseslərdən uzaqlaşdırdı".

Millət vəkili onu da qeyd edib ki, Azərbaycanda hakimiyyətdə güclü siyasi komanda mövcud olduğundan Qərb dövlətləri Bakıya təsir etmək gücündə deyil:

"Onlar Gürcüstan və Ermənistandakı boşluqlardan yararlanaraq Cənubi Qafqaza daxil oldular, proseslərə müdaxilə etdilər. Ona görə də hazırda həm Gürcüstanda, həm də Ermənistanda siyasi böhranlar yaşanmaqdadır. ABŞ, Avropa Birliyi, xüsusilə də Fransa böhranlı vəziyyətdən öz xeyirlərinə istifadə edirlər. Təəssüf ki, Cənubi Qafqazdan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələr dəyərləri siyasi maraqlarına qurban verirlər. Onlar həm gürcü, həm də erməni xalqlarından bir alət kimi istifadə edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər Cənubi Qafqaza rahat nəfəs almağa imkan versinlər. Özünü demokratiyanın beşiyi sayan dövlətlərin bölgəmizə yönələn riyakar siyasətləri ikrah doğurmaya bilməz. Onların planlarına alət olan siyasi qüvvələr gec-tez bunun cəzasını çəkəcəklər. Cənubi Qafqaz xalqları onları Qərbə qurban verən hakimiyyətləri heç vaxt bağışlamayacaqlar. Qərbin Cənubi Qafqazdakı çirkin oyununa alət olanlar tarix qarşısında cavab verəcəklər".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see156

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri