Icma.az
close
up
RU
Politoloq: Aİ nin missiyası kollektiv Qərbin Cənubi Qafqazdakı maraqlarını koordinasiya etməyi hədəfləyir

Politoloq: Aİ nin missiyası kollektiv Qərbin Cənubi Qafqazdakı maraqlarını koordinasiya etməyi hədəfləyir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 yanvar, AZƏRTAC

Avropa İttifaqının (Aİ) sözdə mülki missiyasının mandatının müddəti daha iki il, yəni, 2027-ci ilədək uzadıldı. İlk gündən etibarən bu missiyanın fəaliyyəti heç bir halda sülhə töhfə vermək olmayıb. Orada təmsil olunan nümayəndələrin tərcümeyi-halı da aydın şəkildə göstərir ki, onun adı “kəşfiyyat missiyası” olaraq ifadə edilsə, daha doğru yanaşma ola bilər. Konkret olaraq desək, “missiya” bir neçə istiqamətdə kollektiv Qərbin Cənubi Qafqazdakı maraqlarını koordinasiya etməyi hədəfləyir. Təbii ki, missiyanın ilk hədəfi Azərbaycan ilə Ermənistan arasında 4 ildən çoxdur davam edən sülh danışıqlarını uzadaraq prosesləri manipulyasiya etməkdir. Bu istiqamətdə Ermənistana təsir mexanizmlərindən maksimum dərəcədə istifadə olunduğu açıq-aydındır. Azərbaycan ilə Ermənistan arasındakı şərti sərhəddə “binokl diplomatiyası”nı həyata keçirən hərbiləşmiş “mülki missiya”nın əsas məqsədi məhz əsassız və reallıqdan uzaq bəyanatlar verərək, süni münaqişə ocağının yaradılması ssenarisinə zəmin hazırlamaqdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

Politoloq indiyədək atəşkəsin Ermənistan tərəfindən dəfələrlə pozulması ilə bağlı qərəzsiz və dürüst faktların bu missionerlər tərəfindən paylaşıldığının müşahidə edilmədiyini bildirib.

Avropa İttifaqının missiyasının hədəflərindən danışan politoloq deyib: “Aİ-nin missiyasının digər əsas hədəfi isə Rusiyanın Ermənistan ərazisindəki təsir mexanizmlərini bloklamaqdır. Bunun heç də asan proses olmadığını hər kəs çox yaxşı bilir. Çünki yalnız Gümrüdə Rusiyanın 102-ci hərbi bazasının yerləşməsi faktı onun asanlıqla Ermənistandakı varlığını “qurban verməyəcəyi”nin bariz nümunəsidir. Ona görə də indiki mərhələdə “mülki missiya”nın bu istiqamətdə başlıca fəaliyyəti Ermənistanın Rusiyadan hərbi asılılığını zəiflətməyi hədəfləyən addımları koordinasiya etmək və kəşfiyyat məlumatları toplamaqdır. Amma Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı son addımları onu göstərir ki, Gürcüstandakı dayaqlarını itirən Qərb üçün İrəvan son hədəf və ya yeni “regiona nüfuzetmə layihəsi”dir. Heç şübhəsiz, missiyanın fəaliyyət müddətinin uzadılmasında əsas səbəblərdən biri də mühüm aktorlardan biri kimi Türkiyənin regiondakı təsir dairələrini nəzarət altında saxlamaqdır. Xüsusilə də Azərbaycan-Ermənistan normallaşma prosesi ilə paralel olaraq Türkiyə-Ermənistan danışıqlarının davam etdiyi bir mərhələdə atılan uğurlu addımlar Qərbi qorxudan əsas məqamlardan biridir. Çünki güclü Bakı-Ankara müttəfiqliyi fonunda Türkiyənin Ermənistan ilə əlaqələrinin bərpa olunması sülh prosesini sürətləndirəcək və regiona kənar qüvvələrin təsirlərini zəiflədəcək. Belə olan halda, Avropa İttifaqının “mülki missiyası”nın Ermənistandakı mövcudluğunun Qərbin uzunmüddətli Cənubi Qafqaz siyasəti üçün önəmli xarakter daşıdığını demək daha doğru olar. Yəni, nəticə etibarilə sülhə töhfə vermək üçün yaradıldığı iddia edilən “kəşfiyyat missiyası”nın əsas hədəfi ənənəvi imperialist çıxışların yeni çalarını pərdələmək və “binokl diplomatiyası”nın icraçısı olan bəzi avropalı “diplomatlar” tərəfindən işğalçı Ermənistanınhimayə etməkdir”.

A.Qurbanova əlavə edib ki, ermənidən çox erməni olanlar bir tərəfdən dünyaya “sülh” dərsi keçir, digər tərəfdən isə faşist ideologiyasının davamçısı olan “erməniçiliyin” himayəsi yolu ilə sülh üçün ciddi təhdid yaratmağa davam edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri