Icma.az
close
up
RU
Qaluzin Qərbin Cənubi Qafqazdakı xəttini “tamamilə destruktiv” adlandırıb

Qaluzin Qərbin Cənubi Qafqazdakı xəttini “tamamilə destruktiv” adlandırıb

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskva Qərbin Cənubi Qafqazdakı xəttini tamamilə destruktiv hesab edir.

“Reprot” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Rusiya XİN başçısının müavini hesab edir ki, Qərbin Cənubi Qafqaz siyasəti regionda vəziyyətin sabitləşməsinə deyil, Moskva üçün əlavə təhdidlərin yaradılmasına yönəlib. Onun fikrincə, Qərb dairələri bu regiondan Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün istifadə etməyə çalışır və bəzi hallarda hətta ayrı-ayrı ölkələri ona qarşı ikinci cəbhə açmağa inandırmağa cəhd göstərir.

“Ermənistanla bir tərəfdən, Avropa İttifaqı ilə digər tərəfdən və ümumilikdə Qərblə əlaqələrin sıxlaşmasına gəlincə, <...> rəsmi İrəvan, erməni dövləti, erməni cəmiyyəti və erməni xalqı xarici siyasətlərini necə qurmaq və ölkələrini beynəlxalq ictimaiyyətdə necə mövqeləndirmək barədə suveren qərarlar qəbul edirlər. Bu onların ixtiyarıdır və bildiyiniz kimi, biz heç vaxt başqa dövlətlərin daxili işlərinə qarışmırıq və heç vaxt başqa dövlətlərə hər hansı reseptlər və öz baxışlarımızı təlqin etmirik, əksinə dialoq yolu ilə qarşılıqlı qəbul edilən modallar və bu və ya digər məsələlərin həlli üçün kompromis yanaşmalar işləyib hazırlamağa çalışırıq”, – M. Qaluzin qeyd edib.

Diplomat İrəvanın Aİ ilə yaxınlaşmasına Rusiya – Ermənistan münasibətləri kontekstində şərh verib.

“Biz həm ictimai şəkildə, həm də erməni dostlarımızla dialoqda aydın şəkildə bildirmişik ki, Avrasiya İqtisadi İttifaqında və Avropa İttifaqında eyni zamanda üzvlük mümkün deyil, çünki bu, gömrük standartları, texniki, sanitar və fitosanitar standartlar, malların markalanması və sertifikatlaşdırılması və hətta əqli mülkiyyət məsələlərinə müxtəlif yanaşmaları olan iki uyğun olmayan tənzimləyici sistemdir. Bunlar tamamilə fərqli sistemlərdir və onlarda eyni zamanda olmaq sadəcə mümkün deyil.

Ermənistanla Avropa İttifaqı arasında yaxınlaşma naminə müxtəlif layihələr, o cümlədən vizasız rejim üzrə danışıqların başlanması ilə bağlı <...> məsələyə gəlincə, bəli, belə danışıqlar başlanıb. Görürük ki, Avropa İttifaqı burada da özünə sadiqdir, çünki vizasız münasibətlər planında hər hansı vədlər vermədən və ciddi qərarlar qəbul etmədən artıq Ermənistandan siyasi loyallıq və Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edir. Və bütün bunlar Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünün Aİİ ilə ticarətin artması və Aİİ məkanından Ermənistana investisiyaların artması şəklində ona hiss olunan və əhəmiyyətli uzunmüddətli faydalar gətirdiyi bir şəraitdə baş verir”, – XİN başçısının müavini bildirib.

Onun sözlərinə görə, İrəvanın siyasi-iqtisadi vektorunun dəyişməsi ölkənin ÜDM-nə də təsir göstərəcək.

“Ermənistanla Aİİ üzrə tərəfdaşları arasında ticarət dövriyyəsinin həcmi təxminən 13 milyard dollar təşkil edir və ötən il 53 % artıb, Avropa İttifaqı ilə ticarət həcmi isə həmin ildə 2 milyard dolları bir qədər keçib və 24 % azalıb. Yəni hətta bu Ermənistan statistikası rəqəmlərindən Ermənistanın və onun xalqının indiki iqtisadi rifahının mənbələrinin harada olduğu görünür və paradiqmanın kəskin dəyişməsi və Avropa İttifaqı meydançasına keçid bizim fikrimizcə, qaçılmaz olaraq həm ÜDM-in düşməsi, həm də Ermənistan biznesinə, iqtisadiyyatına və sadə Ermənistan vətəndaşlarının həyat səviyyəsinə ciddi zərbələrlə müşayiət olunacaq. Ermənistan siyasətçiləri bəzən erməni cəmiyyətində Aİ-yə qoşulmağın lehinə əhval-ruhiyyənin olduğunu deyirlər. Yəqin ki, belə əhval-ruhiyyə var, lakin hesab edirik ki, öz ölkəsinin gələcəyini Avrasiya ailəsində və Avrasiya inteqrasiyası çərçivəsində görən Ermənistan vətəndaşlarının əhval-ruhiyyəsi də eyni dərəcədə diqqətə layiqdir”, – Mixail Qaluzin əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Fevral 2025 03:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri