Icma.az
close
up
RU
Deputat: Rusiya tərəfinin Azərbaycan təyyarəsini qəsdən vurduğunu düşünmürəm

Deputat: Rusiya tərəfinin Azərbaycan təyyarəsini qəsdən vurduğunu düşünmürəm

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya tərəfinin Azərbaycan təyyarəsini qəsdən vurduğunu düşünmürəm”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib. 

Deputat bildirib ki, hazırda Azərbaycan və Rusiya dövləti arasında münasibətlər kifayət qədər normaldır, müsbət mənada inkişaf edən xətt üzrə davam edir: “Hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilir, sosial şəbəkələrdə, müxtəlif saytlarda yayımlanır. Ancaq mən bir millət vəkili kimi Azərbaycan dövlətinin müvafiq qurumları tərəfindən rəsmi qaydada nə məlumat verilsə, ona istinad edə bilərəm. Hələ ki dövlətimiz tərəfindən hadisənin kimin günahı səbəbindən baş verməsi barədə rəsmi məlumat verməyib. İlkin versiyalarda təyyarənin quş sürüsü ilə toqquşduğu, havanın dumanlı olduğu,  Rusiya Hərbi Hava Qüvvələri tərəfindən vurulduğu və s. deyildi. Bunların hamısı versiyadır, rəsmi mövqe deyil”. 

E.Məmmədov təyyarənin çöl hissəsində dəliklərin olması, sağ qalanların qəzadan əvvəl partlayış baş verməsi barədə açıqlamaları, təhlükəsizlik jiletində dəlik olması kimi detallara isə belə münasibət bildirib: “Bütün bu görüntülərə mən də baxmışam, sağ qalanların dediklərini də eşitmişəm. Təyyarənin gövdəsindəki qəlpə və ya güllə izləri açıq-aydın görünür. Kifayət qədər zədələr var və bu, quş toqquşmasına bənzəmir. Bunlar inkarolunmazdır. Hər birimiz bunu dərk edirik. Təkrar edirəm, rəsmi şəxs kimi dövlətimizin verəcəyi rəsmi açıqlamanı gözləyirəm. O vaxta qədər ciddi fikir söyləmək qeyri-mümkündür”. 


Aytəkin Qardaşova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 Dekabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see236

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see123

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see120

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see120

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see119

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see119

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see118

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see118

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see117

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see116

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see116

Mərkəzi Elmi Kitabxana 2025 ci ilin altı ayı üzrə hesabat verib

02 İyul 2025 18:28see116

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see115

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see115

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see115

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see114

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see114

31 il ötdü...

03 İyul 2025 07:57see113

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see112

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri