Icma.az
close
up
RU
Bu hücum Azərbaycan Rusiya əlaqələrinin ruhuna ziddir Deputat

Bu hücum Azərbaycan Rusiya əlaqələrinin ruhuna ziddir Deputat

Icma.az, Olke.az saytına istinadən bildirir.

"Ekspertiza nəticəsində istər hücum zamanı istifadə edilən texniki üsullar, istərsə də davranış modelləri hücumun Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupuna məxsus olduğu müəyyən edilib. Bu qrup xüsusi əhəmiyyətli kiberəməliyyatlar həyata keçirən mütəşəkkil dəstədir. Kibercasusluqla məşğul olan APT29-un fəaliyyəti əsasən hökumət qurumlarını, xarici diplomatik nümayəndəlikləri, habelə siyasət, müdafiə, enerji, media və digər kritik sahələri hədəf almaqdan ibarətdir".

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqəti komissiyası tərəfindən “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirədə komissiyanın sədri, deputat Ramid Namazov deyib.

Deputat bildirib ki, iş metodlarına gəlincə isə, bir çox üsullardan, kibermüdaxilə alətlərindən istifadə edirlər:

"Onlardan biri də uzun müddət öncədən hədəfin sistemlərinə daxil olaraq, orada möhkəmlənmək və lazım olan anda hərəkətə keçməkdən ibarətdir. Məhz tətbiq etdikləri bu metod və siyasi məqsəd daşıyan motivləri onları digər kibercinayətkar qruplardan fərqləndirir. Beləliklə, APT29 adlı kibercasus qrupu bu il fevralın 20-də araşdırmalara görə təxminən 2-3 il idi ki, sistemlərində gizlicə fəaliyyət göstərdikləri media resurslarını tam ələ keçirirlər. Tərəfimizdən aparılan kiberpsixologiya təhlilləri nəticəsində hücumun motivinin də haradan qaynaqlandığı aydın olur. Motiv - fevralın 3-də ölkəmizdə hüquqi şəxs qismində qeydiyyatı olmayan və qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğu üçün fəaliyyətinə xitam verilən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi” və o vaxt üçün ləğv edilməsi ilə bağlı söhbətlər gəzən "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi idi. Məhz bu proseslərdən dolayı siyasi motivli bu kibermüdaxilə hadisəsi baş verib. Bununla yanaşı, bayaq qeyd etdiyim kimi, “saxta bayraq” əməliyyatlarına bənzər addımlar atılaraq qeyri-qanuni terror qrupu olan “Hüseynçilər”ə məxsus loqonu və “Qurani-Kərim”dən ayələrin əks olunduğu təxribat xarakterli şəkilləri həmin saytlara yerləşdirərək iz itirməyə çalışılıb. Buna paralel olaraq isə, bir sıra rusdilli media resurslarda İran ərazisində fəaliyyət göstərən qruplaşmanın DDoS hücumlar həyata keçirdiyi ilə bağlı dezindormasiya kampaniyasının aparıldığı müəyyən edilib. Halbuki, həm “Global Media Group” tərəfindən, həm də digər qurumlar tərəfindən nə həmin gün, nə də sonradan verilən açıqlamalarda kiberhücumun hansı növünün həyata keçirildiyi ilə bağlı heç bir məlumat verilmirdi.  Yeri gəlmişkən, bugünkü müzakirələrimizlə birbaşa əlaqəsi olmasa da, həmin dövrdə ölkəmizdə müxtəlif şəxslərə qarşı hədəfli TDoS hücumları baş verib. Burada hədəf şəxsin telefon xəttinə müxtəlif nömrələrdən (adətən saxta və ya təsadüfi nömrələrdən) dayanmadan çoxsaylı zənglər edilir. Məqsəd sistemi yükləyib sıradan çıxarmaq və qanuni zənglərin qarşısını almaqdır. Buna haradasa telefon terroru adını da vermək olar. Həmçinin müxtəlif elektron poçt ünvanlarına kütləvi şəkildə spam məktubları da göndərilirdi. Təbii ki, bu əməllərin qarşısı da aidiyyəti qurumlarımız tərəfindən peşəkarlıqla alınıb".

Komissiya sədri qeyd edib ki, ictimaiyyətə təqdim olunan məlumatlar rəqəmsal ekspertiza və insidentlərə cavab sahəsində peşəkar mütəxəssislər tərəfindən hazırlanmış hesabata əsaslanır:

"Dünyanın ən güclü kibercasus qruplarından biri tərəfindən həyata keçirilmiş hücumun necə və hansı məqsədlə edilməsinin müəyyən olunması bir daha onu göstərdi ki, İKT sahəsində də cənab Prezidentimizin rəhbərliyi altında milli maraqlarımıza əsaslanan fəaliyyətlər uğurla həyata keçirilir. 

Hesabatın texniki hissəsi ilə də tanış olduqdan sonra dövlətimizin bu sahə də kifayət qədər irəlilədiyinin bir daha şahidi olduq. Əmin ola bilərsiniz ki, bu gün dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə, bunu edənləri ifşa etməyə və qarşısını almağa qadirdir. Texniki cəhətdən peşəkar səviyyədə həyata keçirilən kiberhücumun Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindən edilməsi təbii ki, təəssüf hissi doğurur. Bu, həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin konkret müddəalarına və əlaqələrimizin ruhuna zidd olan bir haldır".

Mürtəza
Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 May 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri