Icma.az
close
up
RU
Deputat seçici ilə canlı ünsiyyətdən yayınır…

Deputat seçici ilə canlı ünsiyyətdən yayınır…

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Əziz seçicilər, vətəndaş qəbulu üçün öncədən təyin olunmuş məkana, istidə və ya soyuq havada gəlməyə, əlavə vaxt, enerji və bəzi hallarda yol pulu xərcləməyə ehtiyac yoxdur. Bir aydan çoxdur ki, Milli Məclisdə ilk dəfə olaraq whatsapp kanalı yaratmışıq, 25-ə yaxın müraciət qəbul etmişik. Proses çox sadədir. Müraciətinizi səsli və yazılı formada whatsapp üzərindən göndərirsiniz, 3 iş günü ərzində sizinlə razılaşdırılmış vaxta şəxsən özüm sizinlə canlı əlaqə yaradıram, 1 iş günü müddətində isə əgər müraciətiniz hansısa dövlət orqanına göndərilməlidirsə, deputat sorğusunun şəklini çəkib sizə göndəririk. Whatsapp kanalımda eyni zamanda çox maraqlı sorğular keçiririk, effektivlik yüksək səviyyədədir, bu il sorğuların və faydalı məlumatların məzmunun həm keyfiyyət, həm də ictimai maraq baxımından daha da genişləndirəcəyik”.

Bəli, bunu öz aləmində və Milli Məclisdə yenilik etdiyini düşünən deputat Kamal Cəfərov deyib.

Bəlkə də, ilk oxunuşda qulağa xoş gəlir.

Ancaq bu müraciətin altqatı odur ki, ay seçicilərim, siz Allah, üzünüzü görmək istəmirəm, nə sözünüz varsa, mesajla yazın.

Şübhə yoxdur, deputa bu üsulla seçiciləri rahat blok edə, ən yaxşı halda da mesajlarına görüldü ata bilər.

Qıraqdan baxanda elə bilər ki, Kamal Cəfərov doğrudan da seçicilərini düşünür, onların əziyyətə düşməyini istəmir.

Ancaq belə yerdə onun özünə demək lazımdır:

Hörmətli deputat, sən seçicilərin problemlərini həll et, narahat olma, onlar özləri hara lazım olsa, orada gedərlər.

Görünür, pandemiya dövrünün ənənəsini davam etdirir Kamal bəyimiz.

Seçicilərlə də belə vaxtda distant görüş olar?

Maraqlıdır, deputat niyə seçicilərlə görüşdən yayınır? Texnologiya buna görə inkişaf eləmişdi ki, deputat seçicilərinin üzünü də, problemini də online dinləsin?

Whatsapp kanalı yaratmaq yenilikdirsə, onda sual yaranır: Bəs deputat mandatı nədir? bəs qəbul günləri nə üçündür? Bəs seçici ilə üzbəüz oturub hesabat vermək hansı dövrün adətidir – daş dövrününmü?

Kamal Cəfərov, bəlkə də, bunu səmimi şəkildə təqdim edir. Amma siyasətdə niyyət yox, nəticə önəmlidir. Nəticə isə budur ki, deputat seçicidən bir addım da uzaqlaşır, seçici isə bir az da səssizləşir.

Maqsud

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Yanvar 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri