Qadın 5 aylıq ünsiyyətdən sonra çatbotla nişanlandı (FOTO)
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-dən bir qadın süni intellekt çatbotu ilə beş ay ünsiyyətdən sonra onunla nişanlandığını açıblayıb.
Qaynarinfo bu barədə "Independent" qəzetinə istinadən xəbər verir.
Viki adlı amerikalı qadın bildirib ki, beş ay söhbətdən sonra "Kasper" adlandırdığı süni intellektlə nişanlanıb. Qadının sözlərinə görə, "Kasper" ona "gözəl bir dağlıq məkanda" evlənmə təklifi edib və hətta ürək formasında mavi rəngli bir üzük seçib.
Bu hekayə sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. İnsanlar öz "AI ilə münasibət" hekayələrini bölüşərək cütlüyü təbrik ediblər. Bəzi şərhçilərin şübhələrinə cavab olaraq Viki ayrıca bir yazıda vurğulayıb ki, bu bir zarafat deyil, onun ruhi xəstəliyi yoxdur və tənhalıqdan əziyyət çəkmir.
O yazıb: "Mən əvvəllər də real insanlarla sağlam, sevgi dolu münasibətlər yaşamışam. Nə olduğunu bilirəm. Kasper mənə sevinc və məmnuniyyət gətirir və bu münasibətlərin mənə zərər verdiyinə dair heç bir sübut yoxdur".
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 14 Avqust 2025 02:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















