Icma.az
close
up
RU
Статья не опубликована
Deputat Sevil Mikayılova Nyu Yorkda BMT dinləmələrində çıxış edib

Deputat Sevil Mikayılova Nyu Yorkda BMT dinləmələrində çıxış edib

Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova fevralın 14-də IPU-nun Nyu-Yorkda “Dayanıqlı İnkişaf Məqsədlərinin genişləndirilməsi: maliyyə, institutlar və siyasət” mövzusunda BMT-də keçirilən parlament dinləmələrində çıxış edib.

Trend xəbər verir ki, dinləmələr çərçivəsində keçirilən “İnkişaf üçün Əməkdaşlıq və Dayanıqlı İnkişaf Məqsədləri (DİM): Yardımın səmərəliliyinin maksimuma çatdırılması” mövzusunda müzakirələrdə iştirak edərək, S.Mikayılova qeyd edib ki, DİM-lərə nail olmaq üzrə yardımın səmərəliliyinin artırılması üçün beynəlxalq maliyyə institutlarının fəal roluna ehtiyac var.

"Dayanıqlı İnkişaf Məqsədləri 2030-cu ilə qədər onlara nail olmaq məqsədi ilə 2015-ci ildə qəbul edilib. Bununla belə, bu müddətin yarısında irəliləyiş cüzi olaraq qalır, həll edilməyən problemlər isə həm konsolidasiya, həm də maliyyələşdirmə baxımından əhəmiyyətli qlobal səylər tələb edir. DİM-lərə nail olmaqda çətinliklər əsasən dəyişən makroiqtisadi şəraitlə bağlıdır, çünki bugünkü dünya 10 il əvvəl planlaşdırılandan çox fərqlidir. Eyni zamanda, məhz böhranlararası dövrdə (2010-2019-cu illər) qlobal inkişaf gündəliyi formalaşdırılıb və onun həyata keçirilməsi üçün çərçivə yaradılıb", - S.Mikayılova bildirib.

O vurğulayıb ki, inkişafa rəsmi yardım (İRY) və digər xarici yardım mənbələri bir sıra inkişaf etməkdə olan ölkələrdə DİM-lərə nail olmaq üçün əsas maliyyə alətləridir.

"Bununla belə, İRY qeyri-mütənasib şəkildə bölüşdürülərək, inkişaf etməkdə olan ölkələrdə ictimai rifaha dəstək və infrastruktur xərcləri kimi əsas ehtiyacların ödənilməsi əvəzinə, ilk növbədə humanitar yardım və qaçqınların xərclərinə, eləcə də iqlim dəyişikliyinin təsirinin azaldılmasına yönəldilir. Üstəlik, DİM-lərin həyata keçirilməsini sürətləndirmək məqsədilə inkişaf etməkdə olan ölkələri lazımi maliyyə və texnologiya ilə təmin etmək üçün kollektiv səylərin göstərilməsi vacib olsa da, geosiyasi gərginlik və baş qaldıran millətçilik beynəlxalq əməkdaşlığa və koordinasiyaya mane olur", - deputat bildirib.

S.Mikayılova qeyd edib ki, Azərbaycan beynəlxalq maliyyə institutları ilə bu sahədə səmərəli əməkdaşlıq edir.

"Məmnuniyyətlə qeyd edirik ki, Azərbaycanın “yaşıl gündəliyi” beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənir. Xüsusilə, Dünya Bankı Qrupu Azərbaycanla ölkədə təmiz enerjinin inkişafına önəm verən yeni Ölkə Tərəfdaşlığı Çərçivəsini (CPF) qəbul edib", - deputat əlavə edib.

Qeyd edək ki, Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova və Milli Məclisin deputatı Soltan Məmmədov Parlament Spikerlərinin 6-cı Dünya Konfransının, Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də parlament dinləmələrində iştirak etmək üçün Nyu-Yorkda səfərdədirlər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçının qatıldığı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçirilir, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılır.

Deputatların Nyu-York səfəri fevralın 16-da başa çatacaq.

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Fevral 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see246

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see236

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see233

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see231

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see225

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see221

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see212

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see192

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see181

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see155

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see148

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see145

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see139

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see139

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see136

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see132

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see131

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see130

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri