Icma.az
close
up
RU
Sevil Mikayılova BMT nin Avazadakı LLDC3 konfransında Parlamentlərarası İttifaq adından məruzə ilə çıxış edib VİDEO FOTO

Sevil Mikayılova BMT nin Avazadakı LLDC3 konfransında Parlamentlərarası İttifaq adından məruzə ilə çıxış edib VİDEO FOTO

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Parlamentlərarası İttifaqın (IPU) Baş katibi Martin Çunqonqun xahişi və Azərbaycan Milli Məclisinin (parlament) sədri Sahibə Qafarovanın razılığı ilə IPU-nun Azərbaycandan olan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova avqustun 4-də Türkmənistanın Avaza şəhərində keçirilən, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə BMT-nin Üçüncü Konfransı (LLDC3) çərçivəsində təşkil olunan Parlament Forumunda IPU adından məruzə ilə çıxış edib.

Trend xəbər verir ki, məruzəni təqdim edərkən S.Mikayılova qeyd edib ki, IPU dənizə çıxışı olmayan ölkələrdə dayanıqlı inkişafın təşviqində rolunu gücləndirmək istəyən parlamentləri dəstəkləməyə hazırdır.

"Parlamentlərarası İttifaqın İcraiyyə Komitəsinin vitse-prezidenti kimi bu gün burada sizinlə birgə olmaqdan və sizi Parlamentlərarası İttifaq, onun rəhbərliyi - prezident Tuliya Əkson (Tulia Ackson) və baş katib Martin Çunqonq (Martin Chungong) adından salamlamaqdan məmnunam", - deyə o bildirib.

IPU-nun vitse-prezidenti vurğulayıb ki, forum çox vacib bir mövzuya həsr olunub - "Kursun müəyyən edilməsi: Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Avaza Fəaliyyət Proqramının təşviqi".

"Bu mövzu təkcə siyasi istiqamət deyil. Bu, fəaliyyətə çağırışdır. O, dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkənin həm təcili çağırışlarını, həm də gerçəkləşməmiş potensialını əks etdirir. Bu ölkələrdə 550 milyondan çox insan yaşayır. Qanunverici orqanlar olaraq beynəlxalq öhdəlikləri konkret milli nəticələrə çevirmək bizim üzərimizə düşən məsuliyyətdir", - deyə deputat bildirib.

S.Mikayılova vurğulayıb ki, Dayanıqlı İnkişaf Məqsədləri və Avaza Fəaliyyət Proqramı paralel proseslər deyil, onlar bir-biri ilə sıx bağlıdır.

"Hər iki gündəlik bizdən institutların möhkəmləndirilməsini, inklüziv və davamlı iqtisadi artıma dəstək göstərilməsini və hər şeydən əvvəl, iqlim böhranı qarşısında səylərin birləşdirilməsini tələb edir. İki onillikdən artıq müddətdə Parlamentlərarası İttifaq BMT Baş katibinin ofisinin - az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və kiçik ada inkişaf etməkdə olan dövlətlər üzrə (UN-OHRLLS) ali nümayəndəliyi ilə əməkdaşlıq edərək, böyük beynəlxalq konfranslar çərçivəsində parlament forumları təşkil edib. Biz, həmçinin, dayanıqlı inkişafa, innovasiyalara və bu ölkələrdə real irəliləyiş təmin edə biləcək əhəmiyyətli tərəfdaşlıqların formalaşmasına töhfə verən siyasi dialoqlarda fəal iştirak edirik", - deyə S.Mikayılova bildirib.

IPU-nun vitse-prezidenti xatırladıb ki, dənizə çıxışı olmayan bir çox ölkələr hələ də dünyanın ən az inkişaf etmiş ölkələri sırasındadır və onların 16-sı rəsmi olaraq belə tanınıb.

"Onların coğrafi mövqeyi yüksək ticarət xərclərinə səbəb olur, iqtisadi şaxələndirməni çətinləşdirir və qlobal bazarlara çıxışı məhdudlaşdırır. Eyni zamanda, bu ölkələr iqlim böhranının ön cəbhəsindədir, artan təbii fəlakətlər və insan potensialının inkişafının ləngiməsi ilə üzləşirlər.

Avaza Fəaliyyət Proqramı bu təcili çağırışlara cavab verir. O, tranzit əlaqəliliyinin yaxşılaşdırılması, bərpa olunan enerjiyə investisiyalar, regional əməkdaşlığın möhkəmləndirilməsi və struktur transformasiyası üzrə konkret tövsiyələr təqdim edir. Bu prioritetlər Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəfləri ilə birbaşa bağlıdır - xüsusilə DIM 7, 9, 13 və 17 ilə. Parlament üzvləri olaraq, biz bu prioritetləri effektiv qanunvericilik, əsaslandırılmış dövlət investisiyaları və ardıcıl parlament nəzarəti vasitəsilə dəstəkləməyə borcluyuq. Bu, təkcə inkişaf məsələsi deyil - dəyişən dünyada ədalət və dayanıqlılıq məsələsidir", - deyə S.Mikayılova bildirib.

Deputat vurğulayıb ki, parlamentlər Avaza Fəaliyyət Proqramını həyata keçirmək üçün unikal imkana malikdir.

"Bu iddialı gündəm ticarətin sadələşdirilməsi, infrastrukturun, texnologiyaların inkişafı və iqlim dəyişikliyinə uyğunlaşma kimi sahələrdə praktiki həllər təqdim edir. Bundan əlavə, o, milli fəaliyyətlərin regional strategiyalar və qlobal çərçivələrlə daha yaxşı uzlaşdırılması üçün imkan yaradır, dayanıqlı və inklüziv inkişafa aparan əlaqələndirilmiş bir yol formalaşdırır.

Bəs bu, praktikada nə deməkdir? Budur, ata biləcəyimiz bir neçə əsas addım: birincisi, Avaza Fəaliyyət Proqramının milli qanunvericilik çərçivələrinə və planlaşdırma proseslərinə inteqrasiyasına töhfə vermək.

Bu sənəd dənizə çıxışı olmayan ölkələrin milli prioritetlərlə beynəlxalq öhdəliklər arasında uyğunluğunu təmin etməklə və regional xüsusiyyətləri nəzərə almaqla, dayanıqlı və inklüziv inkişafı sürətləndirmək üçün istifadə edə biləcəyi dəyərli bir perspektiv təqdim edir.

İkincisi, həmkar-deputatlar və müvafiq parlament komitələri arasında məlumatlılığın artırılmasıdır. Avaza Proqramı iqtisadi şaxələndirməyə və əlavə dəyər yaratmağa aparan yolu açır, ölkələrə qlobal dəyər zəncirində irəliləməyə və xammal ixracından asılılığı azaltmağa imkan verir.

Və nəhayət, bu, həmin ölkələrin təkcə ticarət deyil, həm də inkişaf etməsinə imkan verəcək zəruri infrastrukturun yaradılmasına dəstək üçün resursların və tərəfdaşlıqların səfərbər olunmasıdır. Nəqliyyat əlaqəliliyi, "yaşıl" energetika və innovasiyalara yatırımlar dayanıqlılığın və uzunmüddətli rifahın əsasını təşkil edir", - deyə S.Mikayılova bildirib.

IPU-nun vitse-prezidenti vurğulayıb ki, Parlamentlərarası İttifaq dənizə çıxışı olmayan ölkələrdə dayanıqlı inkişaf və iqlim fəaliyyəti sahəsində iştirakını dərinləşdirmək və rolunu gücləndirmək istəyən parlamentləri dəstəkləməyə hazırdır.

"Bu forum düşünmək, qabaqcıl təcrübə mübadiləsi aparmaq, yeni tərəfdaşlıqlar qurmaq və konkret tövsiyələr işləyib hazırlamaq üçün bir fürsətdir. Gəlin, bundan istifadə edək ki, heç bir insanın və heç bir ölkənin geridə qalmaması kimi ortaq məqsədimizə sadiqliyimizi bir daha təsdiqləyək. Sizə məhsuldar, ilhamlandırıcı və gələcəyə yönəlmiş müzakirələr arzulayıram", - deyə deputat yekunlaşdırıb.

Qeyd edək ki, LLDC3 Parlament Forumu bütün maraqlı tərəfləri, o cümlədən, Parlamentlərarası İttifaqı (IPU) və Birlik Parlament Assosiasiyasını (CPA) bir araya gətirib.

Forumda əsas diqqət parlamentlərin Avaza Fəaliyyət Proqramının (Awaza Programme of Action, APoA) həyata keçirilməsindəki roluna yönəlib.

Dənizə çıxışı olmayan ölkələrin bu gün qarşılaşdığı əsas çağırışlar və imkanlar müzakirə olunduqdan sonra iştirakçılar dörd əsas mövzuya fokuslanıblar: həll olunmamış məsələlər və Vyana Fəaliyyət Proqramından çıxarılan dərslər, çoxtərəfli ticarət sistemi, səmərəli idarəçilik və hesabatlılıq, həmçinin, tərəfdaşlıq.

Forum LLDC3-də milli nümayəndə heyətlərinin tərkibində iştirak edən parlament üzvləri üçün təşkil olunub. Tədbir yüksək səviyyəli rəsmi açılışla başlayıb, daha sonra isə deputatlar, BMT nümayəndələri, elmi dairələr, beynəlxalq təşkilatlar, özəl sektor və vətəndaş cəmiyyəti üzvlərinin iştirak etdiyi interaktiv panel müzakirələri keçirilib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Avqust 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir

06 Avqust 2025 08:40see288

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see222

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see207

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see129

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see127

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see119

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see118

Ağstafada yol qəzası ölümlə nəticələndi

06 Avqust 2025 08:56see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see116

Bred Pittin ən çox gəlir gətirən filmi

06 Avqust 2025 08:32see115

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see110

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri