Icma.az
close
up
RU
Deputat: Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyası Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsində mühüm rol oynadı

Deputat: Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyası Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsində mühüm rol oynadı

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 3 iyun, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri, müasir enerji strategiyamızın banisi Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1994-cü ildə təşkil edilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ötən illər ərzində regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, qabaqcıl beynəlxalq enerji şirkətləri arasında səmərəli əməkdaşlığın qurulmasına və inkişafına mühüm töhfə verən nüfuzlu beynəlxalq platformaya çevrilmişdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi və müdrikliyi nəticəsində 1994-cü il 20 sentyabr tarixində imzalanmış və “Əsrin müqaviləsi” adını almış sənəd Azərbaycanın davamlı və dayanıqlı inkişafının əsasını qoyub. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində qeyd etdiyi kimi, həmin dövrdə ölkəmizdə mürəkkəb ictimai-siyasi vəziyyət hökm sürürdü. Vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya min faizlə ölçülür, yoxsulluq geniş vüsət almışdı. Eyni zamanda, Ermənistanın təcavüzkar siyasəti nəticəsində yüz minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin salınmış, etnik təmizləməyə məruz qalmışdı. Belə bir ağır şəraitdə, Azərbaycanın xarici investorlar üçün riskli ölkə kimi qiymətləndirildiyi bir zamanda “Əsrin müqaviləsi”nin imzalanması böyük siyasi iradə və strateji uzaqgörənlik tələb edirdi”, - deyə Mircəlil Qasımlı bildirib.

Deputat əlavə edib ki, bu tarixi sazişlə əsası qoyulan yeni enerji strategiyası neft sərvətimizin xalqın rifahına xidmət etməsini təmin etdi, Azərbaycanın dünya enerji bazarlarında etibarlı tərəfdaş kimi tanınmasına zəmin yaratdı. Xarici sərmayələrin cəlb olunması, neft-qaz ehtiyatlarının müasir texnologiyalarla işlənməsi, nəql marşrutlarının şaxələndirilməsi və əldə olunan gəlirlərin şəffaf və səmərəli idarə olunması Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsində mühüm rol oynadı.

“Bu gün Ulu Öndərin əsasını qoyduğu enerji siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşdırılan qlobal enerji layihələri ölkəmizin beynəlxalq nüfuzunun artmasında və strateji tərəfdaşlıqların genişlənməsində əhəmiyyətli rol oynayır. Xüsusilə Cənub Qaz Dəhlizinin strateji önəmini vurğulamaq lazımdır. Hazırda Azərbaycan qazı 12 ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə ixrac olunur. Bu, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunun əyani göstəricisidir”, - deyə deputat bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri