Deputat: “Yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı” İdman və Biz
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı. Biz 30 ildir bu günləri yaşamağa məhkum oluruq”.
İdman.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Nə üçün biz hər dəfə böyükhesablı məğlubiyyətləri, ağır nəticələri görürük? Yaxşı olar ki, AFFA buna diqqət göstərsin. Hər bir futbolçunun üzərində daşıdığı formaya böyük məsuliyyəti olmalıdır”, - deyə deputat bildirib.
Qeyd edək ki, Azərbaycan yığması bir gün öncə İsveçə 0:6 hesabı ilə uduzaraq Millətlər Liqasında D divizionuna enib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 20 Noyabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















