Icma.az
close
up
RU
Deputata icarəyə verilən obyekt, çoxsaylı restoranlar, mağazalar, zapravka və xaricə uzanan yol... Sabiq nazir müavini haqda şok iddialar yayıldı (FOTOLAR)

Deputata icarəyə verilən obyekt, çoxsaylı restoranlar, mağazalar, zapravka və xaricə uzanan yol... Sabiq nazir müavini haqda şok iddialar yayıldı (FOTOLAR)

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir neçə müddət əvvəl Azərbaycanın diplomatik korpusunda aparılan təmizləmə işləri diplomat Ramiz Vəliyevin və başqalarının həbsi ilə yenidən aktuallaşdı.

Artıq XİN strukturlarında başlayan həbs dalğasının hazırki əməkdaşlarla yanaşı nazirlikdə yüksək post tutmuş bir sıra adamları da vuracağı bəlli olub.

Mia.az Gununsesi.info-ya istinadla xəbər verir ki, həbsi gözlənilən şəxslərdən biri də xarici işlər nazirinin sabiq müavini Nadir Hüseynovdur.

Belə ki, aparılan araşdırmalar zamanı Nadir Hüseynovun nazir müavini işlədiyi dövrlərdə ağlasığmaz əmlak əldə etdiyi üzə çıxıb.

Gununsesi.info onun Bakı şəhərində olan biznes obyektlərinin bir neçəsinin yerini müəyyən edib.

Buraya Nərimanov rayonunda yerləşən məşhur “Cənnət Gəncə” restoranı,  Nəsimi Rayonundakı “Nəsimi bazarı”, Səbail Rayonunda dənizkənarında böyük sahəyə malik restoran,  Badamdarda yanacaqdoldurma məntəqəsi, paytaxtın müxtəlif ünvanlarında çoxsaylı mağazalar, habelə onlarla mənzil daxildir.

Məlumatda o da deyilir ki, Nadir Hüseynov Səbail rayonunda yeni inşa etdiyi restoranı deputat Cavanşir Paşazadəyə icarəyə verib.

Mənbəmiz Cavanşir Paşazadənin elə həmin obyektin qarşısından olan fotosunu da təqdim edir.

Araşdırmamız zamanı Nadir Hüseynovun Türkiyədə də böyük biznes imperiyası qurduğu bəlli olub.

Bu işin başına isə o, AZAL-ın Türkiyədəki təmsilçiliyində işə götürtdüyü oğlu Məhəmməd Hüseynovu qoyub.

Onun digər oğlu Hüseyn Hüseynov Azərbaycanın xaricdəki səfirliklərinin birində çalışsa da bizneslə məşğuldur.

Onu da qeyd edək ki, bir sıra media orqanlarında da Nadir Hüseynovun fəaliyyəti haqqında sensasion iddialar irəli sürülüb.

Bildirilir ki, Nəsimi bazarının yerində inşa edilən “Olympus Nəsimi Kompleksi” Nadir Hüseynova məxsusdur.

Məlumatlarda onun Türkiyədən başqa ərəb ölkələrində, xüsusilə Birləşmiş Ərəb Əmirliklərində böyük biznesinin olduğu deyilir.

Göründüyü kimi nazir müavini olduğu müddətdə qanunsuz yollarla varlanan Hüseynov bir müddət təhlükəsizlik mühitində yaşayıb.

Ancaq son proseslər və yayılan bilgilər onun üçün qarşıda həbs yolunu göstərir.

Bəzi məlumatlara görə, o, ölkəni tərk etmək istəsə də buna risk etməyib.

Elmar Elnuroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Dekabr 2024 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri