Deputata məxsus olduğu deyilən məşhur apteklər şəbəkəsi cərimələndi
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkənin məşhur apteklər şəbəkəsinin sahibi olan “Dokta” MMC (VÖEN - 1403051411) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol tərtib edib.
Yeniavaz.com Agentlikdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Dokta” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Belə ki, “Dokta” MMC qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.
Məlumat üçün bildirək ki, “Dokta” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər prospekti, ev 153-də yerləşir. Şirkətin qanuni təmsilçisi Vəliyev Nahid Knyaz oğludur.
Qeyd edək ki, bu ilin mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları “Dokta” MMC-yə məxsus aptekdə yoxlama aparıblar. Məlum olub ki, “Dokta”ya məxsus aptekdə otaqların divarları və döşəməsi hamar olmaqla, özündə toz saxlamayan, dezinfeksiyaedici vasitənin istifadəsi ilə nəm təmizləməyə davamlı olan örtüyə malik olmadığı, dərman vasitəsinin (Fulisinar 15 q məlhəm) saxlanma şəraitinin pozulması, resept əsasında buraxılmalı olan (Euroxim 100 mg/5 ml ş. 50 ml) dərman vasitəsinin reseptsiz satışı faktları aşkar edilib.
“Dokta” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə protokollar tərtib olunub və məhkəmənin hökmü ilə cərimə edilib.
Onu da bildirək ki, uzun illərdir ölkə mətbuatında “Dokta” MMC-nin millət vəkili Cavanşir Feyziyevə məxsus olması barədə çoxsaylı iddialar yayılıb. Bu iddiaların təkzib olunmasına dair açıq mənbələrdə heç bir məlumat mövcud deyil.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi
05 Fevral 2025 16:43
“Zeytun” apteklər şəbəkəsi cərimələndi
10 Fevral 2025 14:33
Deputata məxsus olduğu deyilən şirkət 150 minlik sifariş
08 Aprel 2025 19:35
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş
07 İyul 2025 18:37
Məşhur apteklər şəbəkəsi cərimələnə bilər
08 May 2025 13:50
Baxış sayı:165
Bu xəbər 11 Sentyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















