Icma.az
close
up
RU
Deputatdan sərt mesaj: Azərbaycanın dünyəvi modeli qorunmalıdır

Deputatdan sərt mesaj: Azərbaycanın dünyəvi modeli qorunmalıdır

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın dünyəvi dövlət modelinin qorunması, milli kimlik, dini radikalizm təhlükəsi və cümhuriyyət dəyərləri ilə bağlı müzakirələr son dövrlərdə yenidən aktuallaşıb.

Deputat Fazil Mustafa bu mövzuda paylaşdığı geniş fikirlərində dövlətçiliyin, milli ideologiyanın və Azərbaycan Cümhuriyyətinin əsas prinsiplərinin müdafiəsinin vacibliyini vurğulayır.

Gununsesi.info həmin yazını təqdim edir.

Azərbaycan dövlətinə bağlı olan, onun bayrağını sevən, onun varlığını uca tutan kimə aydın deyil bu mesajlar? Dövlətimiz kənardan idarə olunan informasiya dronları ilə anbaan vurulur, indi dövlətimizi, onun dəyərlərini müdafiə etməyək?

Başqa ölkələrin dini ideologiyasının təbliğatçıları çoxunuzun beynini yuya bilər, çoxunuz öz yaşam lüksünüzü pozmamaq üçün bu dövlətin vəzifəsini tutub onun maraqlarını qorumaqdan yayına bilərsiniz, qaragüruhçu zehniyyətin qarşısında milli diplomlarınızın, ziyalı titullarınızın, mandatlarınızın içində toz kimi gizlənə bilərsiniz, bizlər bunu bacarmayacağıq!

Bu dövlətin varlığını qorumaq kimi bir missiyamız var, bu millətin adını ucaltmaq deyə bir hədəfimiz var.

Bu dövlətin hüdudlarında keçirilən istənilən elmi konfransda, beynəlxalq tədbirdə, istənilən idman yarışında Azərbaycan himni səslənməlidir, Azərbaycanın üçrəngli bayrağına sayğı göstərilməlidir, Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsi anılmalıdır, İslam dininin müqəddəs kitabı və onun barışcıl mesajları baş tacı edilməlidir, Azərbaycanın milli havaları ilə meydana çıxmağa şərəf kimi baxılmalıdır!

Əlbəttə, günümüzün reallığında, “babalarınızın ənənəsi” deyib İslam dininin yanlış məzhəbçi, təriqətçi, sektaçı yozumunu hər kəs öz həyatında, evinin içində yaşaya bilər, hər kəs öz xaricdəki ağasına, şeyxinə, siyasi avtoritetinə, oğru avtoritetinə ürəyində bağlı ola bilər, hər kəs başqa dinə mənsubiyyətini, hətta dinsizliyini belə bu məmləkətdə sərbəst yaşaya bilər. Ancaq bunun ictimai-siyasi mühitimizə bir ideologiya kimi soxuşdurulmasına, dünyəvi dövlət prinsiplərinin pozulmasına imkan tanımamalıyıq.

Diqqət yetirin, harada dünyəvi dövlət var, orada insanlar dinlərini də səmimi yaşayırlar. Harada istər xristian, istər islam, istər yəhudi, istərsə də buddist zehniyyəti və gücü hakimdirsə, orada inanc zorakılığı, din üzərindən mənasız savaşlar yayğınlaşır.

Bu tendensiyanı durdura bilməsək, dini-teokratik düşüncə babalarımızın qurduğu cümhuriyyət ideallarını sıradan çıxarıb Azərbaycanı ətrafımızdakı geriçi cəmiyyətlərdən birinə çevirə bilər.

Çevrəmizdəkilərin hansı xəstəliklərə yoluxduqlarını məgər görmürsünüz? Bu virusun necə yayıldığını məgər hiss etmirsiniz?

Tək qalsam belə, bu millət üçün, bu dövlət üçün faydalı olanı söyləməyə, yazmağa davam edəcəyəm. Eşidiləcək, eşidilməyəcək, bunun heç bir fərqi yoxdur.

Məgər XIX əsrin tənha cəngavərləri Mirzə Fətəlini, Seyid Əzimi, Həsən bəy Zərdabini zamanında kimsə eşidirdi?

Unutmayın ki, bu göz bəbəyimiz olan bu cümhiriyyəti həyat idealı ancaq ağasının məzarını ziyarət etmək olan Məhəmmədhəsən əmilərin çoxluğu qurmayıb, az sayda  o tənha cəngavərləri eşidən məsuliyyətli düşüncə adamlarımız qurmuş.

Yenə də və təəssüf ki, Məhəmmədhəsən əminin idealı Mirzə Fəthəlinin idealına güc göstərməyə çalışır və bunu da səssizliyimizlə seyr etməyə çalşırıq. Yenə də vətən xainlərinin şəbəkəsi bütün imkanları ilə üzərimizə hücuma keçir, yenə də bu dövlətin keyfini çıxaranların cınqırı çıxmır, ancaq əminəm ki, irəlidəki günlərdə bu təhlükə barədə xəbərlarlığımızı nəhayət ki, anlamağa başlayacaqlar.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 İyul 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri