Deputatdan təklif: Qərbi Azərbaycana nümayəndə təyin edilsin
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisdə Qərbi Azərbaycana Təşəbbüs Qrupunun xüsusi nümayəndələrinin təyin edilməsi təklif edilib.
Gununsesi.info-nun məlumatına görə, bu təkliflə parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmə zamanı deputat Azay Quliyev çıxış edib.
O bildirib ki, Qərbi Azərbaycana qayıdış xarici qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar vasitəsilə bütün dünyada aktuallaşdırılmalıdır.
“Fikrimcə, Təşəbbüs Qrupunun məruzəçisi təyin olunmalı və Qərbi Azərbaycanda törədilən vandalizm cinayətləri sistemləşdirilməlidir. Məruzəçi bu fakt və materialları xarici ölkələrə, parlamentlərə və QHT-lərə təqdim etməlidir. Eyni zamanda Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi nümayəndə seçilə bilər. Bu məsələni, beynəlxalq paktlar, konvensiyalar və digər sənədlərə istinad edərək daim gündəmdə saxlamaq, sırf bunun təbliğatı ilə məşğul olmaq mümkündür”, – A.Quliyev qeyd edib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 02 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















