Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın Təfərrüatı

Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın Təfərrüatı

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Oktyabrın 23-də Bakı şəhərinin Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” adlı restoranda 1983-cü il təvəllüdlü kriminal aləmdə “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Mirağayev Cəlal Miryaqub oğlunun qəsdən öldürülməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumata görə, ilkin istintaqla müəyyən edilib ki, Cəlal Mirağayevlə (“Ceyhun Sabunçu” ləqəbli) Rəhimov Emin Qoşqar oğlu (“Sabunçu Emin” ləqəbli) arasında borcla bağlı yaranmış mübahisənin həll edilməsi məqsədilə kriminial aləmlə əlaqəli olan digər şəxslərin iştirakı ilə 23.10.2026-cı il tarixdə, saat 00 radələrində qeyd olunan restoranda təşkil edilən görüş zamanı tərəflər arasındakı münaqişə fiziki qarşıdurmaya çevrilib və ictimai qaydanın kobud şəkildə pozulması ilə müşayiət olunan dava baş verib.
“Dava zamanı Cəlal Mirağayev Emin Rəhimova yumruqla zərbə vurduqdan sonra sonuncunun dostu Cəfərov Elmar Sücayət oğlu və özü bıçaqla Cəlal Mirağayevə zərbələr endiriblər və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həmçinin qeyd olunan davada iştirak edən digər şəxslərin barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 218.1, 218.2 (cinayətkar birlik yaratma, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və sair nümayəndələrinin birliyində iştirak etmə), 234.4.1, 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) və digər maddələri ilə cinayət işi başlanıb.
Qeyd edilən cinayətlərin törədilməsində bu və ya digər formada iştirak etmiş bütün şəxslər - Cəfərov Elmar Sücayət oğlu, Rəhimov Emin Qoşqar oğlu, Əli-Zadə Əhməd Arzuxan oğlu, Zülfüqarov Həsən Mehman oğlu, Dadaşov Ramil Zahir oğlu, Eldarov Eldar Faiq oğlu, Kazımov İsmayıl Fərəməz oğlu, Səfixanov Xəyyam Ağamməd oğlu, eləcə də Əfəndiyev Kamran Səttar oğlu, Səfərov Elvin Füzuli oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Nuriyev Elmar Ağayusif oğlu, Əyyublu Fərid Rəfail oğlu, cəmi 13 nəfər Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən prokurorluqla koordinasiyalı şəkildə peşəkarcasına keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaq orqanına təhvil veriliblər.
Aparılan istintaq tədbirləri nəticəsində Cəlal Mirağayevin başqa cinayət əməlinə görə axtarışda olan Elmar Cəfərov və Emin Rəhimov tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə, digər şəxslər isə yuxarıda qeyd olunan müvafiq maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında saxlanılan bütün şəxslərin barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cəlal Mirağayevin qətlə yetirilməsi ilə əlaqəli olduğundan qeyd edilən cinayət işləri, habelə adları qeyd olunan şəxslər barəsində əvvəllər başlanmış cinayət işləri bir icraatda birləşdirilib, prokurorluq və daxili işlər orqanlarının peşəkar müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmaqla cinayət işinin ibtidai istintaqının davam etdirilməsi Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilməklə nəzarətə götürülüb.
Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayət işi üzrə bütün halların müəyyən olunması, obyektiv qərarların qəbulu və nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
Eyni zamanda Baş Prokurorluq istintaqın obyektivliyinə və gedişinə mənfi təsir göstərə biləcək, prokurorluqla dəqiqləşdirilməmiş məlumatların yayılmasının qanunla yolverilməz olduğunu media nümayəndələri və sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırır”, - məlumatda deyilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 Oktyabr 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri