Icma.az
close
up
RU
Deputatlar bayramı harada qeyd edəcək? 34 ildən sonra Xocalıda...

Deputatlar bayramı harada qeyd edəcək? 34 ildən sonra Xocalıda...

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabahdan etibarən Azərbaycanda uzunmüddətli bayram tətili başlayır. Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar olaraq martın 20-dən 30-dək olan tarixlər qeyri-iş günləri elan edilib. Şənbə və bazar günləri də nəzərə alındıqda, ölkədə ardıcıl 11 günlük istirahət imkanı yaranır.


Ənənəvi olaraq bu günlərdə insanlar bölgələrə üz tutur, ailələri ilə bir araya gəlir, bayram tonqalları ətrafında toplaşaraq milli dəyərləri yaşadır və müxtəlif istirahət məkanlarında vaxt keçirirlər. Bəs bu il bayram günlərini ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan deputatlar necə keçirəcək?

AZXEBER.COM bununla bağlı sorğunu təqdim edir:

Milli Məclisin Deputatı Elman Məmmədov:

"Novruz bayramının tonqalını 34 ildən sonra Xocalıda öz dədə-baba yurdumda - evimin həyətində yandıracam. Builki bayramı qonum-qonşu ilə birlikdə qeyd edəcəyik. Ötənilki Novruz bayramında evim hazır deyildi. Nəhayət bu il fevralın 25-də Xocalıdakı evimin açarı mənə təqdim edildi. Artıq evimə köçmüşəm. Öz evimin həyətində 34 il sonra bayram keçirəcəm”.

Milli Məclisin deputatı Vüqar İsgəndərov:

"Müqəddəs Ramazan bayramı ilə Novruz bayramının eyni günə təsadüf etməsi nadir və gözəl hadisələrdən biridir. Hər il olduğu kimi, bu il də bayramları ailəmlə birlikdə seçildiyim və təmsil etdiyim Şəki şəhərində keçirəcəyəm. Rayonda təşkil olunan bayram şənliklərinə qoşulacağam. Şəkidə Novruz bayramı çox təmtəraqla qeyd olunur”.

Milli Məclisin deputatı Könül Nurullayeva:

"Bayram tətilini ailəm və dostlarımla birlikdə qeyd edəcəyəm. İşğaldan azad olunmuş ərazilərə getməyi planlaşdırırıq. Şükürlər olsun, artıq  tarixi torpaqlarımız işğaldan azad olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu bayram günlərində qəhrəman oğullarımızın əziz xatirəsiniehtiramla yad edirik. 

Artıq Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilməkdədir. Bu dəfə bayram tətilini doğmalarımla Xankəndi və Şuşada qeyd etməyi nəzərdə tuturam”.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı:

"Bayramı Azərbaycanda keçirəcəyəm. Bayram günlərində rayona gedərək vəfat etmiş əzizlərimin məzarlarını ziyarət edəcəyəm”.

Milli Məclisin deputatı Rəşad Mahmudov: 

"Bayramları ölkəmizdə ailə, dostlar və seçicilərimizlə keçirəcəyəm”.

Milli Məclisin deputatı Fatma Yıldırım: 

"Bayramı Bakıda ailə üzvlərimlə birlikdə qeyd edəcəyəm. Bu günləri doğmalarla bir arada keçirmək mənim üçün xüsusi əhəmiyyət daşıyır”.

Milli Məclisin deputatı Mircəlil Qasımlı:

"Bayramı Bakı şəhərində, öz evimdə ailəmlə birlikdə qeyd edəcəyəm. Mənim üçün ən böyük xoşbəxtlik bu əziz günləri doğmalarımla bir arada keçirməkdir”.

Milli Məclisin deputatı Tural Gəncəliyev:

"Bayram tətilini ailə üzvlərim və yaxınlarımla birlikdə Bakı şəhərində keçirməyi planlaşdırıram. Çünki yaz və payız aylarında Bakı çox gözəl olur. Bakıda ən çox sevdiyim mövsüm yaz fəslidir. Əgər imkan yaranarsa, Qarabağa səfər etməyi də düşünürəm”.

Milli Məclisin deputatı Müşviq Cəfərov:

"Bayramı ailəmlə birlikdə Gəncə şəhərində keçirəcəyəm. Hər kəsə ruzi-bərəkətli il və cansağlığı arzulayıram”.

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 Mart 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri