Icma.az
close
up
RU
Deputatlar nə yeyib içir? Milli Məclisin süfrəsi

Deputatlar nə yeyib içir? Milli Məclisin süfrəsi

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sağlam qida və düzgün qidalanma hər kəsin gündəmindədir, hətta Milli Məclisin üzvlərinin də. Bəs deputatların mətbəxində nə olur, gündəlik nə yeyib-içirlər?
Demokrat.az
xəbər  verir ki, “Yeni Sabah” parlament üzvlərindən bu barədə açıqlamalar alıb. Nəticələr bəzən düşündürücü, bəzən də gülməlidir:
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Azər Allahverənov:
“Bəzi suallar var ki, onlara cavab vermək üçün qida təhlükəsizliyi üzrə ekspert və ya mütəxəssis olmaq lazımdır. Son vaxtlar bu mövzu ətrafında müzakirələr aparılır və qida təhlükəsizliyinin hansı səviyyədə olub-olmamasını bilmək üçün məncə, araşdırmalar, tədqiqatlar və sorğular aparılmalıdır. Ən azından, Səhiyyə Komitəsində bu sahə ilə birbaşa məşğul olan şəxslər mövcuddur. Mən həmin komitədə təmsil olunmadığım üçün bu barədə daha ətraflı məlumatım yoxdur. Bununla belə, mediada və müxtəlif televiziya proqramlarında qida təhlükəsizliyi ilə bağlı müzakirələri ara-sıra izləyirəm və bilirəm ki, bu məsələ bu gün də aktuallığını qoruyur.
Şəxsi qidalanmama maksimum dərəcədə diqqət etməyə çalışıram. Xüsusilə, yeməklərimi vaxtında qəbul etməyə önəm verirəm. Xüsusi pəhrizim yoxdur. Sadəcə olaraq, yağlı yeməklərdən uzaq durmağa çalışır və şirniyyata da minimum səviyyədə yer verirəm. Əsasən ev yeməklərinə üstünlük verirəm. Şirin qazlı içkilər və oxşar içkilər qəbul etmirəm. Ümumiyyətlə, spirtli içki qəbul etmirəm”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa:
“Əslində, ölkədə qida təhlükəsizliyi və qida ilə bağlı maarifləndirmə sahəsində kifayət qədər ciddi bir sistem mövcuddur və imkan daxilində zərərli tendensiyalara qarşı keyfiyyətli mübarizə aparılır. Bununla yanaşı, müəyyən çətinliklər də var. Müasir texnologiyaların tam şəkildə tətbiqi vacibdir ki, hər hansı qida məhsulunun tərkibində zərərli element aşkar olunduqda bu barədə məlumat operativ şəkildə üzə çıxsın. Bu həm sahibkarların hüquq və vaxt itkisinə yol verməsin, həm də vətəndaşların sağlamlığının qorunması üçün vaxtında addımlar atılmasına şərait yaratsın.
Bu sahə ölkəmiz üçün nisbətən yeni olsa da, son illərdə həm texnoloji baxımdan, həm də kadr potensialı baxımından kifayət qədər ciddi işlər görülüb. Ola bilər ki, bəzi görülən işlər hər zaman ictimaiyyətin diqqətini cəlb etməsin, amma məncə, hər bir məsələyə həssas yanaşma tendensiyası çox müsbət və ciddi yanaşmadır.
Şəxsi olaraq gündəlik qidalanmamı əsasən təmiz qida prinsipləri üzərində qururam və zərərli məhsullardan uzaq durmağa çalışıram. Bu məsələyə xüsusi diqqət yetirirəm: çörəyi və şəkəri demək olar ki, minimuma endirmişəm və sağlamlığa zərərli məhsullardan istifadə etməməyə çalışıram. Bəzən tədbirlərdə və ya müəyyən proseslərdə buna tam əməl etmək çətin olur, amma istənilən halda hər kəs öz sağlamlığına özü cavabdehdir, yəni insan bir növ özünün həkimi olmalıdır.
Səhər yeməyinə gəldikdə, adətən səhərlər iki ədəd soyutma yumurta yeyirəm. Bu, mənim üçün kifayət edir. Günün ikinci yarısında normal yemək yeyirəm, axşam isə çox vaxt məcbur olmadıqca yemək yemirəm. Buna pəhriz demək düzgün olmaz, daha çox xüsusi bir qidalanma rejimidir.
Birmənalı şəkildə ev yeməklərinə üstünlük verirəm. Qonaqlıq və ya məcburi hallar istisna olmaqla, restoran yeməklərindən uzaq dururam. Mənim üçün evdə sadə bir pendir-çörək yemək restoranda ən keyfiyyətli ət yeməyindən daha yaxşıdır. Mən buna üstünlük verirəm”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov:
“Ümumiyyətlə qeyd etmək lazımdır ki, qida və ərzaq məsələsi bütün dünyada aktual problem olaraq qalır. Bu problem təkcə ölkəmizdə deyil, qlobal miqyasda mövcuddur. Azərbaycana gəldikdə isə düşünürəm ki, bu sahədə ciddi bir problem yoxdur və vəziyyət gələcək üçün ümidvericidir. Sözügedən məsələnin ölkəmizdə öz həllini tapması üçün müvafiq addımlar atılır.
Fikrimcə, qida təhlükəsizliyi sahəsində hələ də daha çox çalışmalı, müxtəlif tədbirlər həyata keçirməliyik. Gündəlik qidalanmaya gəldikdə isə, buna diqqət yetirməyə çalışıram, hərçənd bunu hər zaman tam şəkildə etmək mümkün olmur. Mümkün qədər ağır və çox kalorili yeməklərdən uzaq durmağa çalışıram, baxmayaraq ki, bəzən bu da alınmır.
Ümumilikdə qeyri-sağlam yemək və içkilərdən maksimum dərəcədə uzaq olmağa çalışıram. Xüsusi bir pəhriz saxlamasam da, ölçülü şəkildə qidalanmağa üstünlük verirəm. Zərərli qidalardan və içkilərdən uzaq durmaq, yüksək kalorili yeməkləri az istifadə etmək vacibdir. Hər zaman mümkün olmasa da, bu qaydalara əməl etməyə çalışıram.
Daha çox ev yeməklərinə üstünlük verirəm. Hesab edirəm ki, ev şəraitində hazırlanan yeməklər daha sağlam və faydalıdır. Buna görə də əsasən ev yeməkləri ilə qidalanmağa çalışıram. Çünki təəssüf ki, bütün restoranlarda təqdim olunan yeməklər sağlam olmur.
Qazlı içkilərdən isə qəti şəkildə istifadə etmirəm və insanlara da bunlardan uzaq durmağı tövsiyə edirəm. Artıq bütün dünyada sübut olunub ki, bu cür içkilər sağlamlıq üçün zərərlidir. Spirtli içkilərin də insan orqanizminə ciddi ziyan vurduğunu düşünürəm və buna görə də onlardan istifadə etmirəm.
Sonda bütün vətəndaşlara tövsiyə edirəm ki, maksimum dərəcədə sağlam qidalansınlar, zərərli qida və içkilərdən uzaq olsunlar və sağlamlıqlarına diqqət yetirsinlər”.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova:
“Son vaxtlar qida təhlükəsizliyi məsələsi həm ekspertlərin, həm də vətəndaşların gündəmindədir. Millət vəkillərinin gündəlik qida vərdişləri də maraq doğurur.
Ölkəmizdə qida təhlükəsizliyi əsasən təmin olunub, lakin idxal və bəzi istehsal sahələrində standartların möhkəmləndirilməsi hələ də vacibdir. Sağlam qidaya çıxış hər bir vətəndaş üçün prioritet olmalıdır. Şəxsi olaraq balanslı qidalanmağa diqqət edirəm, heç vaxt xüsusi pəhriz saxlamıram. Əksinə, şirniyyat vazkeçilməzimdir, demək olar ki, gündəlik menyumun əsasını təşkil edir.

Qışda xəmir yeməklərini xüsusi sevirəm.  İş, tədbirlər çox olduqda bəzən vaxtlı-vaxtında qidalanmaq mümkün olmur. Ayaqüstü şəkildə qidalanmaqla səhəri, günortanı yola verdiyim də olur.
Əsasən ev yeməklərinə üstünlük verirəm, restoran yeməklərindən nadir hallarda, işgüzar görüşlər və ya rəsmi tədbirlər zamanı, eləcə də bəzi istisna məqamlarda ailəmlə birlikdə harasa getdikdə istifadə edirəm. Əsasən təbii şirələr içirəm, amma bəzən şirin qazlı sular da içməkdən vaz keçmirəm. Spirtli içki isə heç vaxt dilimə dəyməyib.
Ümumilikdə, qidalanma mənim üçün həm sağlamlığımın, həm də iş məhsuldarlığımın əsas amilidir. Ölçülü və balanslı qidalanmaqla gündəlik tempə uyğun həyat tərzimi qorumağa çalışıram”.
Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:289
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Yanvar 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri