Icma.az
close
up
RU
Deputatlar orqanlarını bağışlaya bilərmi? “Bunu məmuniyyətlə edərdim, amma...”

Deputatlar orqanlarını bağışlaya bilərmi? “Bunu məmuniyyətlə edərdim, amma...”

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən verilən məlumata görə, 2025-ci ilin ilk 6 ayı ərzində 300 nəfər ölümündən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalayıb. 
Azərbaycanda hər il yüzlərlə insan böyrək, qaraciyər və digər həyati vacib orqanların çatışmazlığı səbəbindən vəfat edir. Belə xəstələrin bəziləri donor axtarışına çıxır, amma tapılmadığı üçün vaxtsız vəfat edirlər. Tibbin inkişaf etdiyi dövrdə bu cür ölümlərin qarşısını almağın ən təsirli yollarından biri orqan donorluğudur.

Dünyanın bir çox ölkəsində tanınmış şəxslər, ictimai-siyasi xadimlər orqan donorluğunu təbliğ etmək üçün öz orqanlarını bağışlamaq hada vəsiyyət edirlər. Azərbaycanda da belə şəxslər var, amma azdır.
Maraqlıdır, Milli Məclisin deputatları öz orqanlarını bağışlamaq üçün vəsiyyatnamə yazarlarmı?

Modern.az saytı deputatlar arasında sorğu keçirib.

Parlamentinm Səhiyyə komitəsinin üzvü, tanınmış ürək cərrahı Rəşad Mahmudov bildirib ki, orqan donorluğu-bir insanın yoxluğunu başqasının varlığına çevirməkdir. Bu, həm tibbin, həm də insanlığın ən gözəl tərəfidir:

"Ölkəmizdə hər il yüzlərlə insan, o cümlədən gənc yaşda olanlar donor çatışmazlığı səbəbindən həyatını itirir. Tibbin bu qədər inkişaf etdiyi dövrdə, sırf uyğun donor tapılmadığı üçün insanların ölməsi, yalnız cəmiyyətin bu məsələdə yetərincə fəal olmaması ilə izah oluna bilər. Çünki tibbimiz bu mövzuda bəs qədər inkişaf edib.

Bu baxımdan 2025-ci ilin ilk yarısında ölkəmizdə 300 nəfərin ölümdən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi verməsi çox ümidvericidir, amma ehtiyacla müqayisədə hələ çox azdır".

Deputat qeyd edib ki, məşhurların və ictimai simaların orqan donorluğunu açıq şəkildə təbliğ etməsi böyük əhəmiyyət daşıyır:

"Çünki insanlar çox vaxt gördüklərindən ilham alırlar. Özümlə bağlı deyə bilərəm ki, həyatımı başqalarının həyatını xilas etmək uğrunda çalışaraq keçirmiş biri kimi, belə bir kampaniyaya qoşulmaq mənim üçün həm şəxsi, həm də peşəkar missiyamın davamı olar. Ən qısa zamanda Koordinasiya Mərkəzinə müraciət edərək, bunu rəsmiləşdirəcəyəm. Hər kəsə xəstəliklərdən uzaq xoşbəxt ömür arzulayıram".
 

Deputat Vüqar İskəndərov vurğulayıb ki, dünya inkişaf etdikcə, orqan donorluğu öz aktuallığını artırır:

"Tibb elmi tərəqqi etdikcə, insanlarda belə məsələlərə baxışlar da dəyişir. Bu sahədə biz sözün əsl mənasında inkişaf görürük. Sevindirici haldır ki, belə xoşməramlı insanlar ölkəmizdə də var. Amma bu sahədə geniş təbliğat işləri aparılmalıdır. Bu çox önəmlidir. Bir çox statistikalara baxanda görmək olur ki, bu sahədə qabaqcıl ölkələrdən geri qalırıq. Amma təkrar edirəm, sevindirci haldır ki, bu sahədə inkişaf var. Keçmişdəki illərdə belə statistika demək olar yox idi, yaxud axtarsaq, belə xoşməramlı missiya ilə çox nadir hallarda rastlaşa bilərdik. 2025-ci ilin ilk 6 ayında ölkəmizdə 300 nəfərin orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalaması mühüm göstəricidir. Amma düşünürük ki, zaman ötdükcə, təbliğat-təşviqat işləri çox aparılsa, bu say 3 000, 30 000, 300 000 ola bilər. Bununla bir insanı həyata qaytarmaq mümkündürsə, ondan müqəddəs missiya ola bilməz".

V.İskəndərov da orqanlarını bağışlayacağını deyib:

"Şəxsən mən də orqan donorluğunun tam tərəfdarıyam və orqanlarımı bağışlamaqla bağlı niyyətim də var. Bir neçə dostum artıq bunu edib. Mən də həmin ərizə yazan insanların cərgəsinə qoşulacam. Belə bir xoş məramı yerinə yetirəcəm".


Xanım parlamentari Elnarə Akimova orqan bağışlamağın ən nəcib addımlardan biri olduğunu söyləyib:

"Düşünəndə ki, dünyadan köçəndən sonra sənin cismin başqa insanların yaşaması üçün xilas yolu olacaq, bunu ancaq alqışlamaq lazımdır. Çünki ölümündən sonra orqanlarını bağışlamağa razılıq verən hər bir insan, əslində, bir neçə nəfərin həyatını xilas etmiş olur. Bu baxımdan, 300 nəfərin bu addımı atması həm humanist, həm də sosial məsuliyyət baxımından böyük nümunədir. Dünyada da təcrübə göstərir ki, orqan donorluğu yalnız tibbi məsələ deyil, həm də cəmiyyətin empatiya, mərhəmət və bir-birinə dəstək ruhunu gücləndirən bir prosesdir.

Azərbaycanda orqan çatışmazlığı səbəbindən hər il yüzlərlə insan həyatını itirir. Donor tapılsa, onların çoxunun həyatını xilas etmək mümkün olardı. Bu kontekstdə məşhur şəxslərin və ictimai nüfuz sahiblərinin orqanlarını bağışlamaq qərarı kampaniyaya güclü təkan verir.

Mənim üçün orqan donorluğu həm nəcib və humanist, həm də mənəvi baxımdan çox dəyərli addımdır. Mən də belə bir təşəbbüsə qoşulmağı, ölümüm sonrası orqanlarımı ehtiyacı olan insanlara bağışlamağı təmənnasız bir həyat hədiyyəsi kimi görürəm. İnsan dünyadan köçsə belə, arxasında yaşamaq üçün ikinci bir şans qazanan insanlar qoyursa, bu, əslində, ölümsüzlüyün bir formasıdır".


Deputat Arzuxan Əlizadə sualımıza belə cavab verib:

"Dünyada orqan transplantasiyası uzun müddətdir ki, var. Azərbaycan qanunvericiliyində də bununla bağlı müvafiq düzəliş edildi. Beləliklə, artıq Azərbaycanda da orqan donorluğu etmək mümkündür. Xeyriyyəçilik baxımından həyat əhəmiyyətli orqanların transplantasiya ilə verilməsi təbii ki, təqdirəlayiq haldır. Bir çox insanlar orqan çatsışmazlığından əziyyət çəkir, əksər hallarda dünyalarını dəyişirlər. Bu, dünyada belədir. Bu məsələni təbliğ edən məşhurlar var. Onlar hələ sağlıqlarında öz orqanlarını transplantasiya üçün gələcəkdə vermək fikrində olduqlarını əvvəlcədən bildirir, bununla bağlı mövqelərini ortaya qoymuş olurlar. Təbii ki, tibbi nöqteyi-nəzərdən yoxlanılmalıdır ki, gələcəkdə orqanlarını vermək istəyən şəxsin orqanları hansı vəziyyətdir.  Orqan donorluğu üçün orqan bankı olur. Azərbaycanda da orqan bankının olması vacibdir. Mən də o fikirlə razıyam ki, bir çox hallarda insanlarımız bu və ya digər xəstəliyi ilə bağlı orqan çatışmazlığından həyatlarını itirə bilirlər.  Bu baxımdan orqan donorları olduqca əhəmiyyətlidir. Sözgəlişi nəsə demək olmaz. Təbii ki, hər kəs öz daxili orqanlarının sağlamlıq durumu ilə bağlı məlumatlı olmalıdır və bu olduqca ciddi qərardır deyə, hər kəs özü üçün sona qədər dəqiqləşdirib mövqe bildirməlidir, sadəcə reklam xatirinə mövqe bildirmək düzgün olmaz".


Deputat Razi Nurullayev orqan bağışlanmasına çox müsbət yanaşdığını deyib:

"Nə fərqi var ki, onsuz da çürüyüb torpağa qarışacaq. Kiməsə həyat bağışlamaq gözəl hissdir. Bunun üçün də orqanlarımı məmuniyyətlə bağışlayardım, amma Allahın izni ilə mənim hələ uzun illər yaşamaq fikrim var".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Avqust 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri