Bunu dövlət səviyyəsində qadağan edərdim Video
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Süni zəka bütün dünyada musiqinin evini yıxır. Hələ mahnı ilə başlayıblar, operaya girişməyiblər. Bu, son deməkdir. Deyirlər, dünyanın axırı gəlir. Süni zəka da dünyanın axırına çıxanlardandır. Bir şeydə ki, ruh yoxdur... Həmin süni zəkanın içində milyonlarla bəstəkarın işi yığılıb. Sən buna tapşırıq verirsən: qadın səsi olsun, bu sözlərə uyğun, oxşasın şakiraya, amma bizimki oxusun. Və ya yazırlar aranjimanda gitara olsun. Bir neçə saniyədə süni zəka birini ordan, birini burdan dartıb, yamaq edir və verir".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Eldar Mansurov "Daha aydın" yutub layihəsində deyib. Bəstəkar süni zəka ilə düzəldilən mahnılardan danışıb. O bildirib ki, süni zəkaya dövlət səviyyəsində qadağa qoyulmalıdır:
"Bəzi adamlar deyir ki, daha mahnı yazmayacağam. Süni zəka qəşəng yazır, aranjiman da edir. Onu gülmək üçün bir dənə edə bilərsən. Bunu sənət kimi etmək omaz. İmkanım çatsaydı, dövlət səviyyəsində bunu qadağan edərdim. Qulaq asan kimi, bilirik nədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 Aprel 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















