Icma.az
close
up
RU
Domeni olan deputatlar: onlar bunu nə məqsədlə alıblar?

Domeni olan deputatlar: onlar bunu nə məqsədlə alıblar?

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal kommunikasiya imkanlarının artması fonunda deputatların şəxsi domenlərdən istifadə etməsi son illər diqqət çəkən tendensiyaya çevrilib. Bu cür platformalar nəzəri baxımdan seçici ilə birbaşa əlaqə, fəaliyyətin sistemli təqdimatı və ictimai məlumatlılığın artırılması üçün əlavə imkanlar yaradır. Eyni zamanda, domenlərin məzmunu və funksiyası ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bəziləri onları hesabatlılıq aləti kimi görür, digərləri isə daha çox imic yönümlü kommunikasiya formatı hesab edir. 

Modern.az saytı domeni olan deputatları və onların bu veb-saytları necə istifadə etdiyini araşdırıb. 

Hazırda Milli Məclisdə təmsil olunan 124 deputatın 8-i şəxsi veb-sayt yaradıb. Buraya Rafael Hüseynov, Tənzilə Rüstəmxanlı, Naqif Həmzəyev, Nurlan Həsənov, Cavanşir Feyziyev, Vüqar İskəndərov, Razi Nurullayev və Şahin Seyidzadə daxildir. 

Vitse-spiker Rafael Hüseynov 2024-cü ilədək veb-saytdan aktiv istifadə edib. İnternetə “rafaelhuseynov.com” domeni ilə daxil olmaqla vitse-spiker haqqında məlumat, keçirdiyi görüşlərlə yanaşı, onun fotolarını bir hissədə toplayan bölməni, yaradıcılığının ayrı-ayrı sahələri və rəhbəri olduğu Nizami adına Ədəbiyyat Muzeyi haqqında məlumatları görmək mümkündür. Qeyd edək ki, R.Hüseynov 2026-cı il üçün də bu domeni alıb. 

Tənzilə Rüstəmxanlı adını daşıyan “tenzilerustemhanli.az” domenini aktiv istifadə edir. Veb-saytda T.Rüstəmxanlının müəllifi olduğu yazılar, rəhbəri olduğu layihələrlə bağlı davamlı məlumatlar yerləşdirilir. Eyni zamanda deputatın bəyanatlarını da saytda görmək mümkündür. T.Rüstəmxanlı burada mediada haqqında gedən məsələlərə operativ cavab verməyə çalışır. 

Naqif Həmzəyev 2004-cü ildən etibarən “nagif.info”, 2015-ci ildən isə “hamzayev.az” saytını işlədir. Burada deputatın Milli Məclisin plenar və komitə iclaslarında çıxışı ilə yanaşı, mediaya açıqlamaları, görüşləri, rəhbəri olduğu layihələri, keçirdiyi vətəndaş qəbulları haqqında məlumatlar paylaşılır. Həmçinin veb-saytdan birbaşa olaraq deputata müraciət ünvanlamaq da mümkündür. 

103 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilən Nurlan Həsənov “nurlanhasanov.az” ünvanlı veb-saytın ana səhifəsində seçicilərinə müraciət edib. Lakin deputat bu saytı 2025-ci ilin ilk 5 ayına qədər aktiv istifadə edib. O, saytda əsasən seçiciləri ilə görüşlər haqqında məlumat verir. Bundan başqa saytda N.Həsənovun Milli Məclis və Beynəlxalq fəaliyyəti haqqında ümumi məlumatlar əksini tapıb. 
Cavanşir Feyziyev “cavansir.feyziyev.com” domenindən istifadə edir. O bu saytda əsasən siyasi, elmi və ictimai fəaliyyəti haqqında məlumatlar paylaşıb. Eyni zamanda, saytda deputat haqqında məlumat, foto və video qaleri, tərcümə, kitab və müsahibələr də yer alıb. İnternet resursunda birbaşa olaraq deputata ismarıc da göndərmək mümkündür. 

Vüqar İskəndərov 2020-ci ildən “vuqariskenderov.com” domenini alsa da, deputat bu saytda sadəcə bir paylaşım edib. Belə ki, burada sadəcə deputat haqqında məlumat, fəaliyyətlər bölmündə isə 2020-ci il 8 iyununda seçiciləri ilə görüş barədə məlumat paylaşılıb. Saytdan birbaşa olaraq deputatın Facebook, İnstagram və X hesabına giriş mümkündür. 

Razi Nurullayev də internetə birbaşa çıxış əldə etmək üçün özünə domen alan deputatlardandır. O, “razinurullayev.com” adlı veb-saytından 2025-ci ilə qədər aktiv istifadə edib. Saytda R.Nurullayevin müxtəlif media subyektlərində yayımlanan müsahibə, açıqlama və rəsmi görüşləri ilə yanaşı, qeyri-rəsmi paylaşımları da əksini tapıb. Sayt həçinin ingilis dilində fəaliyyət göstərir. 
Şahin Seyidzadəyə məxsus “seyidzade.az” domenli saytda onun seçki ərəfəsində keçirdiyi görüşlər barədə məlumatlar paylaşılıb. Saytdakı son paylaşım 2024-cü ilin 21 avqustunda, seçkidən 10 gün əvvəl, təşviqatın son günündə edilib. Şahin Seyidzadə deputat mandatını qazandıqdan sonra isə həmin veb-saytda hər hansı yeni paylaşım yer almayıb.
Nəticə etibarilə, deputatlar bu platformalardan əsasən öz imicini formalaşdırmaq, fəaliyyətləri haqqında məlumat vermək və bəzi hallarda seçici ilə birbaşa əlaqə yaratmaq məqsədi ilə istifadə ediblər. Bir sıra hallarda domenlər hesabatlılıq aləti kimi təqdim olunsa da, onların real funksionallığı və davamlı istifadəsi deputatdan deputata ciddi şəkildə fərqlənir.
Qeyd edək ki, Azərbaycan bazarında domen adlarının qiyməti əsasən qeydiyyatçı şirkətdən asılı olaraq dəyişir. Ən çox istifadə olunan .az domeninin rəsmi illik qeydiyyat və yenilənmə haqqı təxminən 50 ABŞ dolları səviyyəsindədir və ödəniş manatla həyata keçirilir. Bununla yanaşı, bəzi qeydiyyatçılar bazar mexanizmi əsasında .az domenlərini 200-600 dollar aralığında da təklif edirlər. Yerli hostinq şirkətlərinin təqdimatlarında isə .az domenlərinə təxminən 20-40 manat illik qiymətə də rast gəlinir.

Beynəlxalq domen uzantıları Azərbaycan bazarında daha ucuzdur. .com domenlərinin illik qiyməti əsasən 25-30 manat, .net və .org kimi uzantılar isə buna yaxın və ya bir qədər yüksək məbləğə təklif olunur. Nisbətən az istifadə edilən .site, .club kimi uzantıların qiyməti isə adətən 35-45 manat civarındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:403
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Yanvar 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri