Paşinyan bunu deyəndə deputatlar masanı döyməyə başladılar KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Erməni Apostol Kilsəsində yaranmış böhranla bağlı araşdırma komissiyası yaradılacaq”.
KONKRET.az globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, hökumət kilsədəki vəziyyətlə bağlı ən geci bir ay ərzində hesabat hazırlayacaq. O, sənəddə kilsədəki “dərin sistemli böhran”la bağlı bir sıra faktların əks olunacağını bildirib:
“Yaradılması nəzərdə tutulan komissiyanın əsas məqsədi mövcud faktları araşdırmaq, vəziyyətə hüquqi qiymət vermək və zərurət yaranarsa, qanunvericiliyə müvafiq dəyişikliklər təklif etməkdir”.
Paşinyanın parlamentdəki çıxışı zamanı Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginə dünyəvi adı ilə müraciət etməsi də müxalifətin etirazına səbəb olub. Deputatlar masaları döyərək narazılıqlarını ifadə edib, hakim “Mülki müqavilə” fraksiyasının üzvləri isə baş naziri dəstəkləyiblər.
Beləliklə, Ermənistan hakimiyyəti ilə Apostol Kilsəsi arasında son dövrdə artan gərginlik yeni mərhələyə keçə bilər. Müxalifət isə hakimiyyətin kilsənin daxili işlərinə müdaxilə etdiyini bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 25 Avqust 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















