Icma.az
close
up
RU
Deputatlar sonuncu dəfə metroya nə vaxt miniblər? Hər həftə istifadə edirəm SORĞU

Deputatlar sonuncu dəfə metroya nə vaxt miniblər? Hər həftə istifadə edirəm SORĞU

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

"Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Bakıda metro stansiyalarına yeni adların verilməsi məsələsi gündəmə gələndən sonra mövzuya diqqət artıb.

Milli Məclisin deputatları da ayrı-ayrılıqda məsələyə münasibət bildiriblər.
Metro mövzusunun aktuallığını nəzərə alan Modern.az-ın əməkdaşı parlamentarlardan sonuncu dəfə nə zaman yeraltı nəqliyyat vasitəsidnən istifadə etdiklərini soruşub.


Aydın Mirzəzadə tez-tez olmasa da, ara-sıra metrodan istifadə etdiyini bildirib:

"Tez-tez yox, amma ara-sıra metrodan istifadə edirəm.İlk növbədə ona görə ki, insanların arasında olmaq, onları eşitmək və qayğılarını dinləmək istəyirəm. Bundan güc alıram. Metro ilə bağlı xəbərləri çox diqqətlə izləyirəm. Bu gün metroda sıxlıq, çox təəssüf ki, ara-sıra insanların qatar yoluna düşməsi halları var. Bir dəfə Bakı metropoliteninin rəhbərliyinə təklif yolladım. Təklifim beləydi ki, stansiyalarda dayanacaq platforması ilə dəmir yolu arasına şüşədən divar çəkilsin. Şüşə divarın qapıları vaqonların qapısı ilə eyni vaxta açılsın və insanlar minə bilsin. Bu gün oxuyuram ki, belə bir təklif metro rəhbərliyi tərəfindən nəzərdən keçirilir. Demirəm mənim təklifim əsasında bunu müzakirə edirlər, amma görünür ki, dünya təcrübəsinə baxaraq buna gedilir".

A.Mirzəzadə hazırda mövcud olan stansiya adlarının özünü doğrultduğunu düşünür:

"Hesab edirəm ki, indiki adlar özünü doğruldur. Məsələn "İçərişəhər", "Sahil", "Gənclik", "Nəriman Nərimanov", "Koroğlu" stansiyalarını götürək. Bunların hər birində bizim tariximizin, kimliyimizin bir hissəsi var. Hesab edirəm ki, hamısının yox, bəziləriinin adını dəyişmək olar. Mənə elə gəlir ki, burada söhbət adların dəyişdirilməsindən yox, yeni yaradılacaq stansiyalara adların qoyulmasından gedir".


Məlahət İbrahimqızı sonuncu dəfə "Xətai" metrostansiyasından istifadə etdiyini deyib:
“Sonuncu dəfə bu yaxınlarda “Xətai” stansiyasından istifadə etmişəm. İçərişəhərə gedirdim. Düzdür, bu zaman metronun pik vaxtı deyildi. Metro həqiqətən də sovet vaxtında ən çox sevdiyimiz, güvənilən ictimai nəqliyyat vasitəsi olub. Düzdür, indi metroda da hadisələr olur. Amma təyyarədə də, minik avtomobilində də qəza olmurmu? Amma gediş-gəliş baxımdan ən yaxşı nəqliyyat vasitəsi metrodur".

M.İbrahimqızı "Ulduz" stansiyasının adının dəyişdirilməsinin tərəfdarıdır:

"Mən ən çox “Xalqlar dostluğu”, “Qara Qarayev”, “Neftçilər” metrostansiyalarından istifadə edirdim. Bu adların dəyişilməsinə ehtiyac görmürəm. Biz tolerant, digər xalqlara sevgi və dostluqla yanaşan xalqıq. Digər tərəfdən,  “Neftçilər” stansiyasını götürək. Azərbaycan dünyada nefti ilə məşhurdur. Neftçilərimizin fədakar əməyi ilə bu şöhrətə gəlib çatmışıq. Amma “Ulduz” stansiyasının adı ilə bağlı addım atmaq olar. Burada ulduzun nə mahiyyət daşıdığını açığı, bilmirəm".


Arzuxan Əlizadə metrodan sonuncu dəfə Yeni il bayramı ərəfəsində istifadə edib:

“Əvvəllər çox istifadə etmişik. Son dönəmlərdə isə yox. Təxminən Yeni il bayramı ərəfəsində bazar günü istifadə etmişəm. Mütəmadi olaraq metrodan istifadə etmirəm".

A.Əlizadə də hazırda mövcud olan stansiyaların adlarının dəyişdirilməsinə elə ciddi ehtiyac olmadığını düşünür:
"Yeni metrostansiyalara bizim tariximizi özündə əks etdirən bəzi şəxslərin, eləcə də  torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində qəhrəmanlıq nümayiş etdirənlərin adlarının  verilməsi məqsədəmüvafiq olardı. Hər halda bu, ciddi məsələdir. Hesab edirəm ki, yeni metostansiyalara adların verilməsi ilə bağlı ictimai müzakirə də keçirilsə, yaxşı olar. Biz suverenliyimizi, ərazi bütövlüyümüzü  bərpa etmişik. Bu il də “Suverenlik və Konstitusiya İli”dir. Uyğunlaşdırma ilə, ictimaiyyətin fikrini almaqla adların verilməsi mümkündür. Keçmişimizi, eləcə də Qərbi Azərbaycanla əlaqəli tariximizi əks etdirən adların verilməsi daha məqsədəmüvafiq olardı".
 

Elşad Musayev bəzi tədbirlər üçün İçərişəhərə gedən zaman metrodan istifadə edir.

"Mən uzun illərdir ki, avtomobil idarə edirəm. Amma indiki dövrdə vəziyyət elədir ki, hər hansı tədbirlə əlaqədar İçərişəhərə gedəndə maşını saxlayıb metroya minirəm. Ötən həftə metro ilə getmişəm. Bu yaxınlarda “MediaTürk” TV-yə müsahibə verməyə gedəndə də metroya minmişdim. Burada qeyri-adi heç nə yoxdur”,-o deyib.


Nəsib Məhəməliyev isə sonuncu dəfə metrodan “28 May” stansiyasının ikinci xətti açılanda istifadə edib:
"Səmimi deyirəm. Onda heç deputat deyildim. Nəsimi rayon İcra Hakimiyyətinin başçısıydım". 

"Ulduz" stansiyasının adının dəyişdirilməsini istəyəblər arasında Nəsib Məhəməliyev də var.

"Mən “Ulduz” stansiyasının adının dəyişilməsini istərdim. Çünki o sovetdənqalma addır. “İnşaatçılar satansiyasının da adı dəyişdirlə bilər. Azərbaycan tarixində xüsusi iz buraxmış ictimai xadimlərimizin, dünya miqyasında tanınmış şəxsiyyətlərimizin adları verilə bilər. “Xalqlar dostluğu” stansiyasının adı qala da, dəyişdirilə də bilər. “Xalqlar dostluğu” da sovet dövründən qalmadır. Amma xalqlar dostluğu hər bir cəmiyyət və dövlət üçün aktuallıq kəsb edən məfhumdur. Azərbaycan etnik baxımından kifayət qədər rəngarəng dövlətdir.  Azərbaycan cəmiyyətində müxtəlif etnik qruplar təmsil olunur və bu istiqamətdə dövlət kifayət qədər məqsədyönlü siyasət aparır. 44 günlük Vətən müharibədə biz bunun nəticəsini gördük", - N.Məhəməliyev deyib.

"Amma bu elə bir məsələdir ki, xüsusi komissiya yaradılmalıdır. İctimai xadimlərin, ziyalıların, sosioloqların, mədəniyyət və incəsənət adamlarının iştirakı olmalıdır.  Komissiyada ətraflı şəkildə müzakirə aparılmalıdır. Tariximizlə, Azərbaycanın gələcəyi, milli mentalitetimizlə və dövlət ideologiyamızla bağlı adlar verilməlidir. Bu fərdi qaydada hansısa bir deputatın, siyasətçinin, məmurun təklifi ilə olmalı deyil. Kifayət qədər fundamental təhlillər tələb edən məsələdir", - deputat əlavə edib.
 

Vüqar İskəndərov vurğulayıb ki, bəzən metrodan böyük məmnuniyyətlə istifadə edir:

“Doğrusu, daha çox avtomobildən istifadə edirəm. Amma elə vaxtlar olub ki, metroya minmişəm. Şəhərdə, əsasən də mərkəzi hissələrdə ictimai nəqliyyat əvəzsizdir”.


Naqif Həmzəyev isə tez-tez metrodan istifadə etdiyini deyib:

"Mən metrodan tez-tez istifadə edirəm. Hər həftə ən azlı bir-iki dəfə metroda oluram. Çünki tıxaclarla əlaqədar metrodan istifadə daha əlverişli olur. Bir də xüsusilə həftəsonları metro vasitəsilə bəzi yerlərə özüm və ya ailə üzvlərimlə bir yerdə gedirəm. Burada qeyri-adi bir şey yoxdur. Mən uzun illərdir ki, metrodan istifadə edirəm. Hər kəsi də ictimai nəqliyyatdan istifadə etməyə çağırıram".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri