Icma.az
close
up
RU
Deputatlar süni intellektdən istifadə edir? SORĞU

Deputatlar süni intellektdən istifadə edir? SORĞU

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər.

Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında deputat Mircəlil Qasımlı da "ChatGPT”dən istifadə etdiyini bildirib və süni intellektin imkanlarından danışıb. Deputat qeyd edib ki, "ChatGBT” çox yaxşı şeydir. 

İnsan "ChatGPT” ilə ünsiyyət qurarkən verdiyi suallar onun maraqları və düşüncə tərzi barədə müəyyən təsəvvür yarada bilər.

Bəs digər deputatlar süni intellektdən istifadə edirlərmi? Onlar süni intellekt alətlərindən hansı məqsədlər üçün yararlanırlar?

AZXEBER.COM Milli Məclisdə deputatlar arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik:

Milli Məclisin deputatı Vüqar İskəndərov:

Süni intellekt alətlərindən zaman-zaman istifadə edirəm. ChatGPT, Gemini  kimi platformalardan yararlanıram. Bu alətlər gündəlik fəaliyyətimizdə müəyyən dəstək göstərə bilər. Amma onlardan hər gün istifadə etmirəm. Mən əsasən məlumat əldə etmək, məlumatları dəqiqləşdirmək və fikirləri redaktə etmək üçün süni intellektdən istifadə edirəm və bunun müsbət nəticələrini görürəm.

Süni intellektdə yanlış məlumatların olması da mümkündür. Buna baxmayaraq, düşünürəm ki, çox faydalı və yaxşı bir alətdir və gündəlik fəaliyyətimizdə mühüm rol oynaya bilər. Süni intellektdən istifadə artıq günümüzün tələblərindən birinə çevrilib.

Dövlətlər də süni intellektlə bağlı geniş fəaliyyətə başlayıblar.

Milli Məclisin deputatı Ceyhun Məmmədov:

Süni intellekt bəşəriyyətin əldə etdiyi ən böyük uğurlardan biridir. Bu gün dünyada süni intellektə maraq artıb və daha çox insan ondan istifadə edir. Bizim ölkədə də bu istiqamətdə addımların atıldığını müşahidə edirik.

Mən hesab edirəm ki, hər bir insan müasir texnologiyalardan, avadanlıqlardan və sistemlərdən anlayışlı olmalıdır. Mən süni intellektdən istifadəyə normal yanaşıram. Amma süni intellektə tam inanmağın tərəfdarı deyiləm. Süni intellektlə müəyyən işləri görə bilərik, lakin bu, kütləvi xarakter almamalıdır.

Mən bəzən hansısa məsələləri öyrənmək və dəqiqləşdirmək üçün süni intellektə müraciət edirəm. ChatGPT, Google-un süni intellekt alətlərindən istifadə edirəm. Lakin oradan əldə olunan məlumatları yoxlamadan istifadə etmək düzgün deyil.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva:

Süni intellekt siyasətdə gələcəyin ən təsirli advokasiya vasitəsi olacaqdır. Bu təsirin mənfi və müsbət cəhətləri var. Bu gün belə milyardlarla insanın məlumat almaq üçün istifadə etdiyi vasitə olan süni intellektin hafizəsinə istənilən siyasi mövzunu lehinə və ya əleyhinə şəkildə yerləşdirərək onu manipulyasiya etmək mümkündür. Yetər ki, ona elektron, etibarlı mənbələr verək. Süni intellekt axtarış zamanı ilk növbədə etibarlı və nüfuzlu mənbələrə üstünlük verərək rəsmi internet saytlarına, rəsmi sənədlər və nəşrlərə, BMT, hökumət və digər institusional mənbələrə, etibarlı xəbər təşkilatlarına və uyğun olduqda akademik və tədqiqat mənbələrinə müraciət edir. Məsələn, son günlərdə erməni saxtalaşdırmasının "qurbanı” olan Xudavəng və Gəncəsər monastrlarının tarixi ilə bağlı erməni cəmiyyətinin sosial şəbəkələr, xüsusilə X üzərindən apardığı media propaqandasının nəticəsidir ki, "Grok” və "Claude” yanlış məlumat təqdim edir. Fikrimcə, beynəlxalq domainlə abidələrimizin rəsmi vebsaytlarını yaratmalıyıq və bunu sürətli etməliyik. Bütün kibertəhdidlərin fonunda, bu gün abidələrimizin tarixi barədə məlumatları qorumaq, gələcək nəsillərə düzgün çatdırmaq onu fiziki olaraq qorumaqdan daha vacibdir. 

Süni intellektlə bağlı müxtəlif ölkələrdən parlamentarilərlə müzakirəmiz olmuşdu. Dövlətlər artıq data suverenliyi üçün öz süni intellektlərini yaradırlar. Düşünürəm ki, qanunverici çərçivə süni intellektin imkanlarından yararlanmağı təşviq etmək üçün və eyni zamanda onun mənfi təsirlərinin qarşısını almaq üçün ən güclü vasitədir. 

Şəxsi təcrübəyə gəldikdə isə, süni intellekt məlumat almaq üçün hər zaman doğru vasitə olmaya bilər, ona birbaşa suallar vermək yerinə, onu sualla birgə doğru mənbəyə də yönləndirməliyik. Daha çox OpenAI və irihəcmli kitabları təhlil üçün Google - Gemini Notebook istifadə edirəm. 

Ölkəmizdə həm tibb, həm də kənd təsərrüfatı sahəsində tətbiq olunan süni intellektlə modelləşdirilmiş proqramların üstünlükləri ilə tanışam. Bu kimi sistemlər resurslarımızın səmərəli istifadəsi və dövlət büdcəsi xərclərinin azalmasına gətirib çıxardığı üçün təqdir edirəm.

Milli Məclisin deputatı Elman Nəsirov:

"Hələ ki, süni intellektdən istifadə etmirəm". 

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 Sentyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri