Icma.az
close
up
RU
Deputatlar muzeyləri ziyarət edirlər? SORĞU

Deputatlar muzeyləri ziyarət edirlər? SORĞU

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Muzeylər xalqın tarixi və mədəniyyətini qoruyan, keçmişi bu günümüzlə birləşdirən qiymətli məkanlardır. Onlara baş çəkmək insanın dünyagörüşünü genişləndirir və fərqli mədəniyyətləri tanımaq imkanı verir.

Elə bu səbəbdən Gununsesi.info deputatlar arasında sorğu keçirib.

Sorğu vasitəsilə onların muzeylərə getmə vərdişləri və mədəni irsə yanaşma tərzləri öyrənilib.

Hikmət Babaoğlu muzeyləri bəşər sivilizasiyasının keçmişini canlı şəkildə nümayiş etdirən məkanlar kimi qiymətləndirdi:

“Mən Londonda Viktoriya və Albert Muzeyində “Şeyx Səfi” xalçasını görmək üçün dörd saat gözləmişəm. Orada bir çox Azərbaycan xalçalarının üzərində fransız bayraqları tikilərək, fransız xalçası kimi təqdim olunduğunu müşahidə etmişəm.

Ən son bir neçə gün əvvəl Türkiyənin Kars şəhərində yerləşən Kars Mədəniyyətlər Muzeyində olmuşam. Kars türklərin ən qədim şəhərlərindən biridir. Rəvayətə görə, Karsaklar şimal Saklarıdır və Kars şəhərinin qurucularıdır. Həmçinin Ani şəhərində də açıq havada muzey kimi sərgilənən tarixi eksponatlarla tanış oldum.

Azərbaycanda isə ən son Xalça Muzeyinə qonaqlarımla birlikdə baş çəkdim. Həmçinin may ayında Heydər Əliyev Mərkəzində nadir muzey eksponatlarının sərgisində iştirak etmişdim”.

Fazil Mustafa isə getdiyi bölgələrdə muzeyləri ziyarət etməyə çalışdığını bildirdi:

“Məsələn, Marmarisə səfərim zamanı oradakı Tarix Muzeyinə baş çəkmişdim. İstanbulda müəyyən panoram muzeyləri ziyarət etdim. Azərbaycanda da rayonlara səfər etdiyim vaxtlarda mütləq muzeylərə gedirəm. Naxçıvanda Tarix Muzeyində olmuşam, başqa bölgələrdə də muzeyləri ziyarət etmişəm.

Ümumiyyətlə, muzey elə bir məkandır ki, bir dəfə getdinsə, eksponatlar artıq tanış olur və ikinci dəfə baxmağa çox ehtiyac qalmır. Bu təcrübəni xüsusilə xarici ölkələrdə edirəm. Gedəcəyim ölkələrdə ilk olaraq muzeylər haqqında məlumat toplayıram və səfərimdə mütləq həmin muzeyləri ziyarət edirəm”.

Səbinə Salmanova da sorğuda iştirak edib:

“Ən son Qeysəriyyə Tarix və Diyarşünaslıq Muzeyinə baş çəkmişəm. Bu muzey Ordubaddadır. Amma ən sevdiyim muzey Xalça Muzeyimizdir.”

Sorğunun nəticələrinə əsasən, muzeylər insanların mədəni irsə marağını artırır və tarixi dəyərləri daha yaxından tanımağa imkan verir. Həm yerli, həm də xarici muzeylərdə əldə olunan təcrübə cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsinə töhfə verir”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Avqust 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri