Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Millət vəkilləri süni intellektdən istifadə edir? SORĞU

Millət vəkilləri süni intellektdən istifadə edir? SORĞU

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu texnologiyadan gündəlik həyatda minlərlə insan müxtəlif məqsədlərlə — məlumat almaq, məsləhətləmək və ya sadəcə maraqlarını öyrənmək üçün istifadə edir. Bəs görəsən, millət vəkillərimiz də ChatGPT və digər süni intellekt alətlərindən yararlanırlarmı?

Metbuat.az bu barədə millət vəkilləri arasında sorğu keçirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili süni intellekt alətlərindən istifadə edir:

"Əsasən, alternativ informasiya və yanaşma mənbəyi kimi istifadə edirəm. Daha çox iqtisadi qanunvericiliyin və iqtisadi məsələlərin təhlili zamanı, digər ölkələrin iqtisadi və sosial idarəetmə modellərini öyrənərkən istifadə edirəm. Əvvəllər "Google" axtarış sistemindən əldə etdiyim bir çox məlumatları də süni intellekt proqramlarından əldə edirəm".

Millət Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev açıqlamasında bildirib ki, süni intellekt mövzusu gündəmə gələndən bu yana ondan aktiv yararlanır:

"Bununla bağlı demək olar ki, hər gün nələrsə öyrənirəm və bir çox onlayn kurslarda iştirak etmişəm. Düşünürəm ki, yeni süni intellekti kifayət qədər yaxşı bilirəm. Əsasən sağlamlıqla bağlı məsələlərdə suallar verir, cavablar alıram. Hər hansı dərman və ya sağlamlıqla əlaqəli mövzular barədə məlumat toplayıram. Elə hallarda olur ki, hər hansı bir kitab haqqında, məsələn, onun məzmunu, əsas ideyası barədə yazıram və o məlumatları oxuyub öyrənirəm. Dil təkmilləşdirməsində, yəni ingilis, alman və fransız dillərini öyrənməkdə müəyyən məsələlərdə istifadə edirəm. Həm də bir tərcümə proqramı kimi ondan yararlanıram".

R.Nurullayevin sözlərinə görə, günümüzdə süni intellekt elə bir səviyyədədir ki, artıq bir çox proqramlara ehtiyac qalmayıb:

"Məsələn, əvvəllər “Play Store” və ya “App Store”dan yüklədiyimiz tətbiqləri indi o, əvəz edir. Hətta bəzən kalkulyatordan belə daha dəqiq cavab almaq mümkündür. Bəzən çıxışların hazırlanmasında da cəhd etmişəm, amma görürəm ki, bəzən süni intellekt mənim düşüncələrimi tam oxuya bilmir və daha ümumi mövzular üzrə cavab verir. Belə hallarda xeyli redaktə etməli oluram, üzərində çox əziyyət çəkirəm. Ona görə çıxışlarla bağlı artıq istifadə etmirəm. Amma hər gün demək olar ki, 10-15 dəqiqə müxtəlif məsələlər üzrə istifadə edirəm. Mənim üçün ChatGPT artıq həyatımın ayrılmaz bir hissəsidir. Yalnız telefonda yox, məsələn, bir yazı və ya kitab oxuyarkən, tarixi fakt və ya bir insan adı qarşıma çıxanda onun vasitəsilə daha doğru və dürüst məlumat ala bilirəm. Belə deyək ki, artıq bu, həm kitabxanadır, həm “Wikipedia”dır, həm telefon, həm bilik mənbəyi, həm universitet, həm də institutdur — bütün sahələr üzrə əl altında olan ciddi bir alətdir. Məncə, ChatGPT bilən insanlar üçün həyatın ayrılmaz bir hissəsidir".

Millət vəkilinin fikrincə, növbəti 5-6 il ərzində məhz süni intellektdən istifadə edərək varlanan insanların sayı on minlərlə olacaq:

"Onların içərisində 7-8 nəfər süni intellektdən varlanan milyarder olacaq. Kaş ki Azərbaycan insanları da ondan düzgün və məqsədyönlü istifadə edib, milyoner, milyarder olan kəslər olsun".

Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev ChatGPT-dən arabir istifadə etdiyini söyləyib:

"Daha çox uşaqlarım süni internet proqramlarından istifadə edərək mənə kömək edirlər".

Hikmət Babaoğlu isə süni intellektin müxtəlif proqramlarından istifadə etdiyini açıqlayıb:

"ChatGPT proqramını da işlətmişəm. Əslində, yeni məlumatlar əldə etmək üçün yaxşı bazadır. Ancaq mənə elə gəlir ki, bu proqramlar bir qədər daha çox təkmilləşməlidirlər. Nəticə etibarilə bu proqramlar yalnız internet resurslarında olan məlumatların ümumiləşdirilmiş formasını təqdim edir, lakin bəzən hər şeyi tam əhatə edə bilmir. Ona görə də hələ da “Google” axtarış sistemlərində daha çox informasiya tapmaq olur, nəinki süni intellekt proqramlarında. Amma bu proqramlar təkmilləşdikcə, müxtəlif mövzuları ayrıca axtarış sistemlərində tapmaqdansa, ümumi bir platformada süni intellekt vasitəsilə tapmaq daha asan olacaq. Adından da göründüyü kimi, bu süni intellektir və mövcud məlumatları toplayaraq sizə təqdim edir. Ona görə də burada bir möcüzə və ya yaradıcı yanaşma gözləmək doğru deyil".

İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Fazil Mustafa isə süni intellekt proqramları ilə maraqlansa da, hələ ki istifadə etmədiyini deyib:

"Əsas səbəb vaxt azlığıdır. Çünki süni intellektdən istifadə etdikcə bu, bir növ aludəçiliyə çevrilir və çox zaman aparır. Amma niyyətim var ki, dərindən öyrəndikdən sonra artıq bu modelləri tətbiq edim. Bir çox hallarda süni intellekt olduqca zəruridir və lazım olur".

Millət vəkili Vüqar İskəndərov isə öz açıqlamasında bildirib ki, müasir dünyamızı internetsiz və yeni texnologiyasız təsəvvür etmək mümkün deyil:

"Mən də çalışıram ki, müasir texnologiyaların imkanlarından yararlanım və işlərimizi asanlaşdırmaq üçün bu platformalardan istifadə edim. Biz həm sosial şəbəkələrdə aktivliyimizi qorumağa çalışırıq, həm də yeni texnologiyaların verdiyi imkanlardan istifadə edərək işimizi daha çevik və mütərəqqi şəkildə qura bilirik. Yeni texnoloji yeniliklərdən biri olan ChatGPT süni intellekti bu sahədə çox əvəzsiz rol oynayır".

V.İskəndərov süni intellektin mənfi və müsbət tərəflərindən də bəhs edib:

"Mənfi tərəfinə baxsaq, bizim daha çox düşünməmizi əngəlləyir, süni intellektdən rahat üsulla istifadə edərək biliyi qısa yolla əldə edirik. Amma müsbət tərəfləri, təbii ki, daha çoxdur. Müsbət cəhətlərinə çevik məlumat almaq, çıxış yollarının axtarılmasında operativ təkliflər vermək daxildir. Lakin yenə də əldə olunan nəticəni dəyərləndirmək, onu mənimsəmək bizim öz məhsulumuz olmalıdır".

O qeyd edib ki, hələ ki süni intellektdən sabit şəkildə istifadə etməyib:

"Hələlik fəaliyyətimdə hər hansı biliyin əldə olunması ilə bağlı süni intellektdən sabit şəkildə istifadə etməmişəm. Amma bu, gələcəkdə istifadə etməyəcəyim anlamına gəlmir. Sadəcə, indiyə qədər buna ehtiyac duymamışam. Bununla belə, bəzən mənim üçün vacib olan, fəaliyyətimdən kənar məsələlərdə, hər hansı bir iddiam və ya düşüncəm olanda, onu alternativ fikirlərlə müqayisə edib fikrimi dəqiqləşdirmək üçün bu sistemdən yararlanmışam. Təbii ki, narazı deyiləm. Əksinə, süni intellekt proqramlarından istifadə olunmasının tərəfdarıyam. Müasir dövrdə yaşayırıq, bu dünyanın yeni çağırışları və tələbləri var. Biz də bu dünyanın bir parçasıyıq. Sərhədsiz şəkildə inkişaf edən texnoloji yeniliklər artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib və biz də imkan daxilində onlardan yararlanmalıyıq. Düşünürəm ki, süni intellekt və bu kimi proqramlar bir çox hallarda işlərimizin daha asan və çevik görülməsi üçün çox faydalı yardımçılardır".

İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə isə hələ ChatGPT-dən istifadə etməyib:

"Hələ ki, heç istifadə etməmişəm ChatGPT-dən. Amma gələcəkdə istifadə edəcəyimi istisna etmirəm".

Elman Nəsirov da ChatGPT-dən çox məhdud səviyyədə istifadə etdiyini deyib:

"Hərdən bir müraciət etmişəm. Əsasən müəyyən siyasi məsələlərlə bağlı maraqlanmışam ki, onun da mövqeyini bilim. Belə hallar olub, amma çox az hallarda müraciət edirəm. Çünki hesab edirəm ki, ondan asılılıq yaranmasın. Bu və digər məsələlərlə bağlı sualların cavabını süni intellektdən alanda sanki beyin daha zəif işləyir, az məşq edir. İndi iş o yerə gəlib çatıb ki, məsələn, biri deyəndə “beş vur altı neçə edir?”, qarşısındakı dərhal kalkulyator götürür. Bu da nəticə etibarilə beynin düşünmə qabiliyyətini aşağı düşməsinə gətirir. Ona görə də mən yalnız bəzən bu və ya digər məsələ ilə bağlı maraqlanıram ki, onun mövqeyi necə ola bilər".

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Oktyabr 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri