Icma.az
close
up
RU
Hansı deputatlar süni intellektdən istifadə edirlər?

Hansı deputatlar süni intellektdən istifadə edirlər?

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Süni intellekt tədricən həyatımıza daxil olmaqdadır. Onun vasitəsilə fotolar, videolar hazırlanır, mahnılar bəstələnir. Hətta bəzən tələbələr də yazı işlərini süni intellektin köməyilə hazırlayırlar.

Bəs deputatlar necə, onlar da süni intellektdən istifadə ediblərmi?

Modern.az saytı Milli Məclisin üzvlərinə bu sualla müraciət edib.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc süni intellektdən istifadə etdiyini deyib:

"Bəli, süni intellektdən istifadə etmişəm. Qlobal trendi, əsas kommunikasiya strategiyalarını anlamaq, Big dataların yaratdığı yeni çağırışları təyin etməyə çalışmışıq. Buxar maşını, elektrik enerjisinin kəşfi, internetin yaranışı, smart texnologiyalar... İndi də 5-ci nəsil inqilabi texnologiyanın - süni intellektin bəşəriyyəti hara aparacağı dövlətlərin 1 nömrəli kursuna çevrilib. Son Avropa zirvəsi ABŞ, Avropa Birliyi və Çinin hədəflərini aydın göstərib".
 

Deputat Elnarə Akimova həmkarından fərqli olaraq süni intellektdən istifadə etmədiyini bildirib. 


Süni intellektdən hələlik istifadə etməyən parlamentarlardan biri də Elman Nəsirovdur. Deputat bunun insanın yaradıcılıq potensialına mənfi təsiri olduğunu düşünür:

"Süni intellektin həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilməkdə olduğunun fərqindəyəm. Bu proses çox sürətlə getməkdədir. Mənim fərd olaraq bu məsələdə skeptik yanaşmam mövcuddur. Süni intellektə köklənəndə sanki insanın öz yaradıcılıq potensialı "yuxuya" gedir. Sanki o, işdən kənarda qalır. Elə bil o cilalanmır, arxayın olur ki, hər şeyi onun yerinə süni intellekt yerinə yetirəcək. İnsan donuq varlığa çevrilir. Ona görə də mən şəxsən süni intellektdən istifadə etmirəm. Gələcəkdə necə olacaq bilmirəm. İçimdə qorxu var ki, süni intellektə köklənsəm, ona əsaslansam, sanki yaradıcılıq fəaliyyətimdə sönmə başlayacaq. Mən özümə deyil, süni intellektin imkanlarına arxanlanacağam. Sabahı bilmirəm, süni intellekt həyatımıza o qədər daxil ola bilər ki,  sadəcə başqa variant qalmaz".


Mahir Süleymanlı da hələlik süni intellektdən istifadə etməyən deputatlar sırasındadır.

"Hələ ki süni intellektdən istifadə etməmişəm. Amma artıq dünya və texnologiya inkişaf edir. Yəqin ki, gələcədə istifadə edəcəyik", - o deyib.
 

Milli Məclisin gənc üzvü Fariz İsmayılzadə də süni intellektdən istifadə etməyib.
 

"Hazırda gündəlik həyatımda özüm süni intellektdən istifadə etmirəm. Amma bilirəm ki, bəzi banklara, qurumlara, İT təşkilatlarına zəng edəndə orada baza cavabları verilərkən süni intellektdən istifadə olunur. Mən bununla bir neçə dəfə üzləşmişəm. Banka zəng etmişəm, süni intellekt cavab verib. Əsas suallara onlar cavab verirlər. Gündəlik həyatımızda internet resurslarından istifadə edəndə bilirəm ki, onun arxasında süni intellekt də durur. Məsələn, axtarış sistemlərində süni intellekt dayanır. Hansısa mətnləri yazanda onlar özləri cümləni tamamlayırlar. Belə bazada xidmətlərə rast gəlinir. Ümumiyyətlə, bizim tədris proseslərində süni intellektdən istifadə nəticəsində çox ciddi problemlər yaranır. Çünki tələbələr süni intellektdən istifadə edərək bəzi tapşırıqlarını yerinə yetirir, inşalarını yazırlar. Bu da tə bizdə yox, dünyada tədrisin qarşısında ciddi çağırışlar, problemlər yaradır. Ali təhsil ocaqları bununla necə mübarizə aparacaqlarını bilmirlər".


Deputat Ülviyyə Həmzəyeva sorğumuza belə cavab verib:
 

"Bildiyiniz kimi, süni intellekt indiyə qədər inkişaf etdirdiyimiz maraqlı və bəzi sahələrdə vacib texnologiyalar sırasındadır. Bu gün suni intellekt hər gün istifadə etdiyimiz və bir çox xidmət sahəsində önəmli rol oynayır. Geniş spektrli texnologiya filmoqrafiyada fotoların və fikirlərimizin canlandırmasına belə qadirdir. Buraya tövsiyə edən proqramlardan tutmuş, real vaxt rejiminə qənaət məsələsinin daxil olması insanı sevindirir. Lakin sual yaranır, bütün bunları həqiqətən də çoxumuzun təsəvvür etdiyi süni intellekt təşkil edir? Bu da insan tərəfindən yaradılan bir proqramdır və təkamül prosesindədir. Biz özümüz də onu öyrədirik. AI (Artificial Intelligence) 
insan zəkasını tələb edən, vəzifələri yerinə yetirə bilən kompüter sistemlərinin inkişafına aiddir. Bu vəzifələrə öyrənmə, əsaslandırma, problem həll etmə, qavrayış və dili anlama daxildir. Süni intellekt sistemləri məlumatları təhlil etmək, dəyişən ssenarilərə uyğunlaşdırmaq və onların fəaliyyətini davamlı olaraq təkmilləşdirmək üçün nəzərdə tutulub.
Mən yeniliklərə qarşı deyiləm və bunu zamana qənaət kimi dəyərləndirirəm. Özüm istifadə etməmişəm, lakin edəcəyimə əminəm.
Onu da qeyd edim ki, süni intellekt insan əməyini də bir növ sığışdırıb aradan çıxarır. Bir tərəfdən yaxşıdırsa, digər tərəfdən rahatlığa alışdırır insanı. Unutmayaq ki, insanı insan edən, məhz əməyi və gördüyü işləridir.
Arzu edərdim ki, süni intellekt xeyirli olması gərəkən yerlərdə işlədilsin".


Deputat Pərvanə Vəliyeva süni intellektdən nə üçün istifadə etməsindən danışıb:


"Bəli, süni intellektdən istifadə etmişəm. 2021-ci ildə rəhbərlik etdiyim layihə çərçivəsində ölkəmizə süni intellekt üstünlüyü olan portativ rentgen cihazını gətirməyə nail olmuşduq. Cihaz Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna ianə edildi. Pandemiya dövründə karantin səbəbiylə insanların tibb müəssisələrinə rutin başçəkmələri azalmışdı. Qeyd etdiyim süni intellekt üstünlüyü olan rentgen cihazı ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə birgə keçmiş qaçqın və məcburi köçkünlərin yaşadığı ərazilərdə səyyar müayinələr təşkil etdik. Nəticədə vərəm, pnevmaniya, hətta COVİD-19 və ağciyərlə bağlı olan digər xəstəliklərin erkən aşkarlanmasına nail olundu. Cihazın süni intellekti rentgen şəklini oxuya bilir və diaqnozu təyin edir. Bu isə radioloq, rentgenoloq olmayan tibb müəssisələrində həkimin assistenti rolunu əvəzləmək deməkdir. Cihazla aparılan səyyar müayinələr böyük töhfə verdiyindən, bundan sonra dövlət tərəfindən daha bir neçə belə aparat satın alınaraq istifadə edildi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri