Icma.az
close
up
RU
Deputatlar TÜRKPA nın 14 cü plenar iclasında Fotolar

Deputatlar TÜRKPA nın 14 cü plenar iclasında Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Şura və 14-cü plenar iclaslarında iştirak etmək üçün iyunun 11-12-də Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfər edib. Milli Məclisin nümayəndə heyətinin üzvləri iclaslarda iştirak və çıxış ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, səfərin ilk günü Milli Məclisin deputatı və nümayəndə heyətinin üzvü Anar Məmmədov TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun hesabat məruzəsini və tövsiyə qərarını təqdim edib. Qeyd edək ki, Anar Məmmədov, həmçinin Qrupa rəhbərlik edir.

Milli Məclisin deputatı və nümayəndə heyətinin üzvü Tamam Cəfərova isə təşkilatın Qadın Parlamentarilər Qrupunun dönəm rəhbəri kimi qrupun iclasında iştirak edib. O, tədbirdə hesabat məruzəsini və tövsiyə qərarını təqdim edib.

İyunun 12-də 14-cü plenar iclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov çıxış edərək, komissiyanın hesabat və tövsiyə qərarını təqdim edib. Hesabatda ötən dövrdə TÜRKPA-nın müvafiq sahə üzrə fəaliyyətinə və komissiyanın işinə dair geniş məlumatlar əksini tapıb, həmçinin üzv ölkələrin parlamentlərinin müvafiq komitələri arasında əməkdaşlıq məsələlərinə toxunulub.

TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının hesabat məruzəsini isə Milli Məclisin deputatı Günay Əfəndiyeva təqdim edib.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev isə "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" model qanunu təqdim edib. 5 fəsil, 14 maddədən ibarət olan qanun TÜRKPA üzv dövlətlərinin, bu arealda yaşayan gənc nəslin ekoloji təhsil və maarifləndirmə üzrə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Vurğulanıb ki, bu Qanun ekoloji mühafizə və təbii resurslardan səmərəli istifadə üzrə davranış normaları, eləcə də bu sahədə xüsusi biliklərin formalaşmasına yönəlmiş təcrübə və tədris prosesi baxımından TÜRKPA dövlətləri üçün ciddi hüquqi sənəd olacaq.





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 İyun 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri