Icma.az
close
up
RU
Dərinizdəki rəng fərqlərinin səbəbi bu xəstəlik ola bilər!

Dərinizdəki rəng fərqlərinin səbəbi bu xəstəlik ola bilər!

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vitiliqo dəridə piqment itkisi nəticəsində ağ ləkələrin yaranması ilə xarakterizə olunan xroniki dəri xəstəliyidir. Bu hal dəridə rəng yaradan melanin piqmentini istehsal edən melanosit hüceyrələrinin zədələnməsi və ya funksiyasını itirməsi ilə ortaya çıxır. Vitiliqo bədənin istənilən hissəsində görülə bilər, lakin daha çox göz ətrafı, ağız, əllər, dirsəklər və dizlər kimi nahiyələrdə rast gəlinir. Adətən simmetrik yayılma göstərir və əksər hallarda 20 yaşdan əvvəl özünü büruzə verir.


Pravda.az bildirir ki, xəstəlik qadın və kişilərdə eyni tezliklə müşahidə olunur və yoluxucu xarakter daşımır. Hər hansı ciddi tibbi risk yaratmasa da, xarici görünüşə təsir etdiyinə görə şəxslərin özünəinamına və psixoloji durumuna mənfi təsir göstərə bilər.


Vitiliqo hansı formalarda olur?


Vitiliqo iki əsas formaya ayrılır:


Segmental vitiliqo – Bədənin yalnız bir tərəfində məhdud sahədə yaranan və adətən uşaq və yeniyetməlik dövründə başlayan formadır. Tez irəliləmə meyli göstərir.


Non-segmental vitiliqo – Daha çox rast gəlinən və simmetrik yayılma ilə xarakterizə olunan formadır. Bağışıq sistemi və genetik faktorlarla daha sıx əlaqəlidir.
Vitiliqonun əlamətləri nələrdir?


Vitiliqo adətən dəri üzərində kiçik, solğun ləkələrlə başlayır və zamanla bu ləkələr böyüyərək rəngini tamamilə itirə bilər. Xəstəliyin əsas əlamətləri aşağıdakılardır:


Ağ ləkələr – Əsasən üz, əllər, ayaqlar, qoltuq altı və dizlərdə.


Saçlarda rəng itkisi – Saç dərisi, qaş, kirpik və saqqalda ağarmalar.


Selikli qişalarda rəng itkisi – Ağız və burun daxilində ağ ləkələr.


Dəri həssaslığı – Günəşə qarşı daha həssas ola bilər.
Vitiliqo ilə qarışdırıla bilən digər hallar


Ağ ləkələrlə müşayiət olunan digər dəri problemləri də mövcuddur. Bunlara aşağıdakılar daxildir:
 

Pityriasis alba – Uşaqlarda daha çox görülən, quru və solğun ləkələrlə xarakterizə olunur.


Tinea versicolor – Göbələk infeksiyası nəticəsində yaranan ağ ləkələr.


Travmaya bağlı piqment itkisi – Günəş yanıqları və yaralanmalar sonrası.


Hipopiqmentasiya – Eqzema və sədəf kimi iltihabi xəstəliklərdən sonra.


Doğuşdan olan ləkələr (Nevus depigmentosus) – Genetik səbəblərlə bağlı doğuşdan mövcud ola bilər.
Doğru diaqnoz üçün dermatoloq müayinəsi vacibdir.
Vitiliqonun yaranma səbəbləri nədir?
Xəstəliyin dəqiq səbəbi hələ tam məlum deyil. Lakin aşağıdakı faktorlar rol oynaya bilər:
Autoimmün pozuntular – İmmunitet sistemi səhvən melanosit hüceyrələrinə hücum edir.


Genetik meyillilik – Ailəsində vitiliqo olan şəxslərdə risk daha yüksəkdir.


Ətraf mühit təsirləri – Günəş yanıqları, kimyəvi maddələrə məruz qalma və dəri travmaları.


Stres və emosional gərginlik – İmmunitet sisteminə təsir edərək xəstəliyi tətikləyə bilər.
Vitiliqo necə diaqnoz edilir?
Dəri üzərindəki ləkələrin forması və yerləşməsi dermatoloq tərəfindən qiymətləndirilir. Diaqnoz zamanı Wood lampası adlı ultrabənövşəyi işıq cihazı ilə də dəri araşdırıla bilər. Bu üsul, melanin itkisini daha dəqiq göstərir və vitiliqonu digər dəri xəstəliklərindən ayırmaqda kömək edir.
Vitiliqo necə müalicə olunur?
Vitiliqo tam müalicə edilə bilən xəstəlik deyil. Lakin simptomları yüngülləşdirmək və dəri rəngini bərpa etmək üçün müxtəlif üsullar mövcuddur. Müalicə planı xəstəliyin yayılma səviyyəsi, təsirlənmiş bölgələr və şəxsi seçimlərə əsasən tərtib olunur. Əsas məqsəd piqmentasiyanın yenidən bərpası və ləkələrin genişlənməsinin qarşısını almaqdır. Müalicə müddətində dermatoloqun tövsiyələrinə əməl olunması vacibdir.
Əminə Bayramova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see145

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see135

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see131

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see129

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see124

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see123

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see123

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see123

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see122

Almaxanım ana oldu

04 İyul 2025 15:22see121

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see118

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see118

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see118

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see117

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see117

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see116

Meksika millisi KONKAKAF Kubokunun finalına çıxdı

03 İyul 2025 09:32see115

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see114

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see114

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri